EG-nin Texniki Komitəsinin prezidenti: "Azərbaycan gimnastika növündə özünü tanıdıb"

EG-nin Texniki Komitəsinin prezidenti: "Azərbaycan gimnastika növündə özünü tanıdıb"

"Azərbaycan gimnastika növündə özünü tanıdıb və bu inkişaf danılmazdır".

"QELEBE.AZ"un məlumatına görə, bunu Avropa Gimnastikasının (EG) gimnastika hamı üçün növü üzrə Texniki Komitəsinin prezidenti Xlif Torgeirsdottir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş 1-ci Bakı Beynəlxalq “Challenge”i ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

O, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Azərbacanda gimnastikanın sürətlə inkişaf etdiyini bildirib: “Burada yaxşı məşqçilər və idmançılar var. Böyük kompleksə sahibsiniz. Buradakı inkişafı gördüyüm üçün çox sevincliyəm".

Xlif Torgeirsdottir gimnastika hamı üçün növündə Avropada müxtəlif tədbirlər təşkil olunduğunu vurğulayıb: “Bakıda olduğum üçün çox məmnunam. Bu tədbirlərdə insanların yaş kateqoriyası önəmli deyil. Bu kimi tədbirlərin kütləviləşməsinə çalışırıq. Sabahkı tədbir öncəsi çox həyəcanlıyam. Federasiyada hamı birgə çalışır, gözəl ab-hava hiss olunur. Sizinlə birlikdə çalışmaqdan çox sevincliyəm”.

Torgeirsdottir festivaldan sonra iştirakçıların hazırlığı ilə bağlı fikirlərini bölüşəcəyini əlavə edib: “Adətən bu tip tədbirlərə gənclər cəlb olunur. Ancaq burada 50 yaşdan yuxarılar da olacaqlar. Bu da inkişafın göstəricisidir. Bu tip festivallar bütün yaş kateqoriyalarına həsr olunur”.
O, gimnastika hamı üçün növünün bütün növləri əhatə etdiyini vurğulayıb: “Yarışlarda hansı gimnastika növlərini görürsünüzsə, insanlar həmin sahələr üzrə yarışa bilərlər. Adından da göründüyü kimi, gimnastika hamı üçündür”.

Mətbuat konfransında iştirak edən gimnastika hamı üçün növü üzrə baş məşqçi, Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü Ruslan Eyvazov 2015-ci ildən tədbirlərdə fəal iştirak etdiklərini söyləyib: “2019-cu ildə Bakıda seksiyalar açdıq. Pandemiyadan sonrakı dönəmdə festival keçirdik. Hazırda komandamız 33 nəfərdən ibarətdir və Amsterdamda təşkil olunacaq yarışa yollanacaq. Düşünürəm ki, onlar Azərbaycanı uğurla təmsil edəcəklər”.

Baş məşqçi Azərbaycanda “Qızıl yaş” festivalının olduğunu xatırladıb: “Hansı ki, 50 yaşdan yuxarı insanlar iştirak edirlər. İlk vaxtlar düşünürdüm ki, çətin olacaq, çünki onlardan gəncəm. İlk olaraq 6 gimnastla başlamışdıq. Bu ildən etibarən “Qızıl yaş”da ikinci komandamız da var. Bu festivalda 60 yaşdan yuxarı şəxslər də iştirak edəcəklər. Həmçinin, Lənkəran uşaq evindən olan gimnastlarımız bu tədbirə qatılacaqlar. Uşaq evi sakinləri bir ildir məşq edirlər. Məşqçimiz Aygül Novruzova həftədə iki dəfə onlara məşq keçir. Bu il ilk dəfə festivalımıza qatılacaqlar”.

Ruslan Eyvazov tədbirin sabah saat 09:00-da başlacağı məlumatını verib: “Əvvəlcə ustad dərsləri və milli rəqslər olacaq. Ötən il birinci milli gimnastika hamı üçün festivalını eyni məkanda keçirmişdik. Həmin vaxt 24 komanda iştirak etmişdi. Ancaq indi komanda sayı ikiqat artıb və 44-ə çatıb. Bu da mənim üçün böyük fəxrdir. Bu fürsəti bizə yaradan Azərbaycan Gimnastika Federasiyasına, eləcə də, Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm”.

Gimnastika hamı üçün növü üzrə məşqçi Rəna Manafova isə üçüncü dəfə festivala qatılacağını deyib: “Sabahkı tədbirdə özüm də çıxış edəcəyəm. Ümidvaram ki, sabah ahıl gimnastlarımız bacarıqlarını göstərə biləcəklər. Onların hamısı idmandan uzaq insanlardır”.

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
Bakıdakı Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb

Bakıdakı Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb

Fərdi
Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Fərdi
Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb

Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb

Fərdi
Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Fərdi
Rəşad Nəbiyev dünya çempionatında iştirak edəcək cüdoçularla görüşüb

Rəşad Nəbiyev dünya çempionatında iştirak edəcək cüdoçularla görüşüb

Fərdi
Şəkidəki ilk idman festivalından - Reportaj

Şəkidəki ilk idman festivalından - Reportaj

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Fərdi
Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"

Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"