AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

“Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, aparılmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub.

2023/2024 mövsümündə I Divizionda 10 komanda iştirak edəcək. Bunlar “Şamaxı”, “Qaradağ Lökbatan”, MOİK, “Mingəçevir”, “Zaqatala”, “İrəvan”, “İmişli”, “Difai Ağsu”, “Araz Saatlı” və “Karvan”dır.

Yarı-peşəkar statuslu II Divizionda isə “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir”, “Kür-Araz” mübarizə aparacaq.

Qeyd edək ki, I Divizion və II Divizionda çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunub.

İK Klubların Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2023) müvafiq dəyişiklikləri təsdiq edib.

Bundan əlavə, Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının yayım hüququ ilə bağlı təkliflərin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırılıb.

Premyer Liqa və Azərbaycan Kuboku oyunlarında meydana əvəzetmədən daxil olan 5 futbolçunun legioner olmasına məhdudiyyət qoyulmayıb.

2023/2024 mövsümünün startınadək 21 yaşı tamam olmamış, ölkəsinin milli komandasının üzvü olan legioner üçün rüsum tələb olunmayacaq. Yığmanın heyətində, FIFA təqvimində olan rəsmi yoldaşlıq matçları da daxil olmaqla, son 12 ayda oynamış (meydançaya çıxmış) legionerlər üçün rüsum tələb edilməyəcək.

Yuxarıda qeyd olunan meyarlara cavab verməyən legionerlər üçün aşağıdakı rüsum tətbiq olunmayacaq.

Klubun mövsüm ərzində cəlb etdiyi ilk 7 legioner üçün – 5000 (beş min) manat, 8-12 legioner üçün – 10000 (on min) manat, 13 və daha çox sayda legionerlər üçün – 50000 (əlli min) manat ödəniləcək.

Yuxarıda qeyd olunan 3 kateqoriyaya daxil olan futbolçular legioner ödənişləri üçün nəzərə alınmasa da, sayda qeyd olunur. Ödənişsiz legionerdən sonra qeydiyyat olunan növbəti legionerin rüsumu sıra sayına uyğun olaraq aparılır. Premyer Liqa klubuna verilmiş limitli legioner sayına onun əvəzedici heyətdə cəlb etdiyi legioner futbolçuların sayı da daxildir. I Divizion klubları üçün legioner rüsumu saydan asılı olmayaraq 5 min manatdır.

Klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı proqramında xarici ölkə klublarına futbolçu transfer edən klublar üçün nəzərdə tutulan 150 min (yüz əlli min) manat vəsaitlə bağlı klublar tərəfindən yeni layihə hazırlanaraq AFFA və PFL-ə təqdim olunmalıdır.

Vitali Borisov futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Baş məşqçinin müqavilə müddəti 1+1 illik.

Futbol
Edin Dzeko Droqbaya çatıb, hədəfdə Ronaldu var

Edin Dzeko Droqbaya çatıb, hədəfdə Ronaldu var

Futbol
Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Futbol
Türkiyədə 10 klubun 3 xalı silinib

Türkiyədə 10 klubun 3 xalı silinib

Futbol
El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

Futbol
Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Futbol
"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

Futbol
Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Futbol
ANOC-un prezidenti bəlli olub

ANOC-un prezidenti bəlli olub

Futbol
Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Futbol
"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

Futbol
Yunanıstan - Azərbaycan matçının hakimləri bəlli olub

Yunanıstan - Azərbaycan matçının hakimləri bəlli olub