Estoniya millisinin baş məşqçisi: Azərbaycan evdə yaxşı oynayır

Estoniya millisinin baş məşqçisi: Azərbaycan evdə yaxşı oynayır

“Püşkatma olduqda Azərbaycan millisi dördüncü, Estoniya beşinci səbətdən çıxmışdı”.

QELEBE.AZ saytının məlumatına görə, bunu Estoniya millisinin baş məşqçisi Tomas Haberli deyib.

49 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla sabah keçiriləcək oyununa həsr olunan mətbuat konfransına qatılıb. İsveçrəli çalışdırıcı Bakıdakı görüş haqda fikirlərini açıqlayıb: “Adi təzyiq var. Qrupumuzdakı digər komandalar güclüdür. Azərbaycan da evdə yaxşı oynayır. Sabahkı matçda xallarımızı qazanmağa çalışacağıq".

- Futbolçularınız sabahkı matç üçün sağlamdır?

- Gələn oyunçular hamısı sağlamdır. Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik.

- Matçda əsas faktor nə olacaq?

- Oyunun sonuna kimi səbirli olmaq vacibdir. Bəzən 70, bəzən 80 dəqiqə buna ehtiyac olur. Biz öz oyunumuza köklənməli, öz oyunumuzu oynamalıyıq. Hər iki komanda qarşılaşmada xal qazanmaq istəyir. Ona görə də, maraqlı görüş olacaq.

- Azərbaycan Avstriyaya 1:4, Estoniya 1:2 uduzub. Bununla bağlı nə deyəcəksiniz?

- Nəticədə hər iki komanda uduzub. Hesab fərqinin önəmi yoxdur. Həm biz, həm də Azərbaycan xalsız qalmışıq. İsveçlə görüşdə böyük hesablı fərq olsa da, Azərbaycan yaxşı oynamışdı.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.

Futbol
Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Futbol
"Qarabağ" - "Frayburq" oyunu başlayıb

"Qarabağ" - "Frayburq" oyunu başlayıb

Futbol
İspaniya KİV: Ronaldu yenidən “Real Madrid”də məşq edir

İspaniya KİV: Ronaldu yenidən “Real Madrid”də məşq edir

Futbol
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

Futbol
Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Futbol
"Kəpəz"in müdafiəçisi "Zirə" ilə matçda qırmızı vərəqə alıb

"Kəpəz"in müdafiəçisi "Zirə" ilə matçda qırmızı vərəqə alıb

Futbol
“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

Futbol
"Qarabağ" və "Qəbələ" azarkeş təhqirlərinə görə cərimələnib

"Qarabağ" və "Qəbələ" azarkeş təhqirlərinə görə cərimələnib

Futbol
Fransa millisinin futbolçuları tarixə düşüb

Fransa millisinin futbolçuları tarixə düşüb

Futbol
Polşa millisinin baş məşqçisi Levandovskinin telefon zəngindən sonra qovulub

Polşa millisinin baş məşqçisi Levandovskinin telefon zəngindən sonra qovulub

Futbol
Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Futbol
Premyer Liqa: "Sabah" qələbə qazanaraq "Qarabağ"la xal fərqini azaldıb

Premyer Liqa: "Sabah" qələbə qazanaraq "Qarabağ"la xal fərqini azaldıb