Azərbaycanın sərbəst güləşçisi: “Hədəfim Avropa çempionluğudur”

Azərbaycanın sərbəst güləşçisi: “Hədəfim Avropa çempionluğudur”

“Gənclərdən ibarət milli komandanın heyətində Avropa çempionatına yollanacağam. Çətin olsa da, hədəfim orada çempion olmaqdır”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləş millisinin heyətində Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanan Yusif Dursunov Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlamasında deyib.

110 kq çəki dərəcəsində qitə birinciliyinin qalibi olan Y.Dursunov bu uğuru davam etdirmək arzusundadır: “Ötən il olduğu kimi, bu dəfə də qızıl medal qazandım. Avropa çempionatına kimi, üç hazırlıq mərhələsi keçmişdik. Bunun da nəticəsi olaraq, Vətənə 7 medalla qayıtdıq. Bu böyük uğura imza atmağımız üçün üzərimizdə əməyi olan bütün məşqçilərimizə təşəkkür edirəm. Onların rolu danılmazdır. Həm özüm, həm də yığma adına bu uğurun davamlı olmasına çalışacağıq”.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında komanda sıralamasında ikinci yeri tutub. Yığmanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olublar. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutublar.

Fərdi
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Fərdi
Altay Həsənov: "Mehriban Əliyeva AGF-in prezidenti seçiləndən sonra uğurlu yolun əsası qoyuldu"

Altay Həsənov: "Mehriban Əliyeva AGF-in prezidenti seçiləndən sonra uğurlu yolun əsası qoyuldu"

Fərdi
Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Fərdi
Şəki olimpiya idman kompleksində bir sıra təmir-bərpa işləri həyata keçirilib

Şəki olimpiya idman kompleksində bir sıra təmir-bərpa işləri həyata keçirilib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

Fərdi
Böyük Dəbilqə: Zelim Kotsoyev qızıl medal qazanıb, Məmmədəli Mehdiyev uduzub

Böyük Dəbilqə: Zelim Kotsoyev qızıl medal qazanıb, Məmmədəli Mehdiyev uduzub

Fərdi
Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fərdi
Gəncədə velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Gəncədə velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb