Azərbaycan taekvondoçusu: “Avropa Oyunlarının finalında ispaniyalı ilə görüşmək istəyirəm”

Azərbaycan taekvondoçusu: “Avropa Oyunlarının finalında ispaniyalı ilə görüşmək istəyirəm”

“Avropa Oyunlarının finalında ispaniyalı ilə görüşmək istəyirəm”.

“Report” xəbər verir ki, bunu Azərbaycan taekvondoçusu Eltac Qafarov Polşada keçiriləcək III Avropa Oyunları barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.

74 kq çəki dərəcəsində çıxış edən idmançı yarışda güclü rəqiblərlə qarşılaşacağını bildirib: “İspaniyalı taekvondoçu bu çəkidə dünyanın bir nömrəsidir. 74 kq-da ümumilikdə 13 idmançı mübarizə aparacaq. Onların hər biri Avropada seçilmiş taekvondoçudur. Buna baxmayaraq, məqsədim bütün gücümlə mübarizə aparıb, Azərbaycan bayrağını dalğalandırmaqdır”.

2022-ci ildə gənclər arasında Avropa çempionatının bürünc medalını qazanan Eltac Qafarov Avropa Oyunlarına hazır olduqlarını söyləyib: “Məşqlərimiz intensiv şəkildə gündə iki dəfə davam edir. Texniki və taktiki məşqlərimizi etmişik. Məşqçilərimiz bizə dəstək olurlar. Yarışa hazırıq. Ümid edirəm ki, hər şey yaxşı yekunlaşar, çəkdiyimiz əziyyət yerdə qalmaz. Komandada əhvali-ruhiyyə yüksək səviyyədədir, özümüzə inanırıq”.

Qeyd edək ki, III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Fərdi
Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Fərdi
Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Fərdi
Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında olublar

Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında olublar

Fərdi
Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Fərdi
Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Fərdi
Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Fərdi
Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Məmmədov 2-ci pillədə, Məmmədyarov yenə qələbəsiz qalıb

"Vüqar Həşimov Memorialı-2022": Məmmədov 2-ci pillədə, Məmmədyarov yenə qələbəsiz qalıb

Fərdi
Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub