Mbappe cari mövsümdə ölkə üzrə qol rekordu qırıb

Mbappe cari mövsümdə ölkə üzrə qol rekordu qırıb

Fransanın futbol üzrə millisinin hücumçusu Kilian Mbappe Avropa çempionatı - 2024-ün seçmə mərhələsinin dördüncü turunda Yunanıstanla oyunda qol vuraraq rekorda imza atıb.

“Report” xəbər verir ki, “Stad de Frans” stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı minimal hesablı qələbəsi ilə başa çatıb. 55-ci dəqiqədə Mbappe penaltini dəqiq yerinə yetirib.

Bu, hücumçunun 2022/23 mövsümündə bütün yarışlarda 54-cü qolu olub. O, PSJ-nin heyətində 56 oyuna çıxıb və 41 qol vurub, milli ilə daha 13 qol vurub.

Bu, bir fransalı futbolçunun bir mövsümdə vurduğu qollar üzrə yeni rekorddur. Əvvəlki nailiyyət 1958-ci ildə 53 qol vuran Juste Fontenə məxsus idi. 1958-ci il Dünya Kubokunda Fonten 13 qol vurub ki, bu da hələ də bir turnir üçün ən yaxşı nəticədir.

Fransa millisi Yunanıstan üzərində qələbədən sonra 12 xal toplayıb və B qrupunun turnir cədvəlində liderdir. Yunanlar üç oyundan sonra altı xal toplayaraq ikincidir.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Futbol
Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Futbol
Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək

Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək

Futbol
"Neftçi" legioneri ilə müqaviləni pozub

"Neftçi" legioneri ilə müqaviləni pozub

Futbol
Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

Futbol
Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Futbol
Avropa Liqası: Pley-offun növbəti iştirakçıları bəlli olub

Avropa Liqası: Pley-offun növbəti iştirakçıları bəlli olub

Futbol
Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verilib

Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verilib

Futbol
DÇ-2022: Açılış oyunu üçün start heyətləri bəlli olub

DÇ-2022: Açılış oyunu üçün start heyətləri bəlli olub

Futbol
Avropa Liqası: "Arsenal"ın təxirə salınan oyununun vaxtı bəlli olub

Avropa Liqası: "Arsenal"ın təxirə salınan oyununun vaxtı bəlli olub

Futbol
Slovakiyalı futbolçu: "Azərbaycan millisi xoşagəlməz rəqibdir"

Slovakiyalı futbolçu: "Azərbaycan millisi xoşagəlməz rəqibdir"

Futbol
KİV: Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

KİV: Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub