Qadınların çəkicatma yarışlarında mübarizə aparan Azərbaycan təmsilçisi günü uğurla başa vurub
Krakov-2023 III Avropa Oyunlarında atletika yarışlarında ilk sessiya başa çatıb.
Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının bu gün qüvvəsini sınayan son təmsilçisi Anna Skidan olub.
Qadınların çəkicatma yarışlarında mübarizə aparan təmsilçimiz günü uğurla başa vurub. O, 71,69 m nəticə göstərib. Bu, Annanın mövsümdə ən yaxşı nəticəsidir.
Skidan bu nəticə ilə 3-cü divizionun qalibi olub. O, yığmamızın ilk yarış günündəki ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır.

https://qalaba.az//uploads/photo/qadinlarin-chekicatma-yarishlarinda-mubarize-aparan-azerbaycan-temsilchisi-gunu-ugurla-basha-vurub.webp