Qurban Qurbanov: "Ən çətin oyunlarımız elə "Linkoln" kimi komandalara qarşı olur"

Qurban Qurbanov: "Ən çətin oyunlarımız elə "Linkoln" kimi komandalara qarşı olur"

"Bizim illərdir ki, Avropada təcrübəmiz var, bu cür komandalarla oynayırıq. Elə ən çətin matçlarımız da belə komandalara qarşı olur".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" komandasına rəqib olmaları barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis rəqibin öz ölkəsinin çempionu olduğunu xatırladıb: "Neçə gün idi ki, püşkdə hansı komanda ilə düşəcəyimizi gözləyirdik. Bəzən belə komandaların püşkdə çıxması insanlara və futbolçulara mane olur, rəqibi o qədər də ciddiyə almırlar. Başda mən olmaqla, əsas da ilk turlarda diqqətli olmalıyıq. Bu rəqibə qarşı əvvəlki illərdəkindən daha ciddi yanaşmalıyıq. İllərdir bu işin içindəyik".

Onun sözlərinə görə, müasir futbol tam dəyişib və bütün ölkələr, komandalar oynamağı bacarırlar: "Üzərimizə böyük məsuliyyət düşür. Çalışacağıq ki, ilk oyuna komandanı fiziki, taktiki və psixoloji cəhətdən tam hazır edək. Bugünkü məlumata görə, rəqib oyunlarını süni örtüklü meydanda keçirir. Bu da ola bilsin ki, bizə əlavə çətinlik yaratsın. Belə meydanlarla, belə oyunlarla daha əvvəllər də üzləşmişik. İlk oyun səfərdə olduğu üçün həddindən artıq diqqətli yanaşacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".

Futbol
Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Futbol
Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Futbol
DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

Futbol
AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

Futbol
Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında irəliləyib

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında irəliləyib

Futbol
Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Futbol
Dmitrios Çantakias: "Olimpiakos" "Qarabağ"la oyunda problemlə üzləşə bilər"

Dmitrios Çantakias: "Olimpiakos" "Qarabağ"la oyunda problemlə üzləşə bilər"

Futbol
29 günlük futbol bayramı başlayır

29 günlük futbol bayramı başlayır

Futbol
"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

Futbol
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Futbol
Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Futbol
"Qarabağ" - "Qəbələ" matçının hakimləri bəlli olub

"Qarabağ" - "Qəbələ" matçının hakimləri bəlli olub