Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilib.

"Report"un sözügedən ölkəyə ezam olunmuş əməkdaşının məlumatına görə, tədbir Krakovda yerləşən "Miejski" stadionunda baş tutub.

Mərasim ev sahibi Polşanın bayrağının arenanın mərkəzinə gətirilməsi ilə start götürüb. Bayraq xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.

Daha sonra Polşa tarixinin müxtəlif dövrlərini özündə əks etdirən səhnəciklər təqdim olunub.

Ardınca mərasim bədii hissə ilə davam edib. Yerli "Qoleç Uorkestra", həmçinin, 2022-ci ildə Avroviziya musiqi müsabiqəsinin qalibi olmuş Ukraynanın "Kaluş" qrupunun ifaları səslənib.

Daha sonra meydana yarışın rəsmi maskotları Krakuşek və Salamandra Sandra dəvət olunublar. Onlar ortaq "Biz birlikdəyik!" şüarını səsləndiriblər.

Özündə Polşanın elm, mədəniyyət və ədəbiyyat sahəsində dünya şöhrətli şəxsiyyətlərinin əsərlərinin məzmununu birləşdirən bir neçə kompozisiya da açılışı izləyənlərə təqdim edilib.

22:43

Polşada III Avropa Oyunlarının açılış mərasimi start götürüb.

"Report"un sözügedən ölkəyə ezam olunmuş əməkdaşının məlumatına görə, tədbir Krakovda yerləşən "Miejski" stadionunda keçirilir.

Mərasim ev sahibi Polşanın bayrağının stadiona gətirilməsi ilə başlayıb. Bayraq Polşa himninin sədaları altında xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Azərbaycanda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.

Fərdi
"Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib

"Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib

Fərdi
Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Fərdi
İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

Fərdi
"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

Fərdi
Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Fərdi
Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Fərdi
Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Fərdi
Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Fərdi
Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Fərdi
Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb

Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb