Polşada III Avropa Oyunlarının açılış mərasimi başa çatıb - YENİLƏNİB-3

Polşada III Avropa Oyunlarının açılış mərasimi başa çatıb - YENİLƏNİB-3

Polşada keçirilən III Avropa Oyunlarının açılış mərasimi başa çatıb.

"QELEBE.AZ"un Krakova ezam olunmuş əməkdaşının məlumatına görə, sözügedən şəhərdə keçirilən mərasimdə iştirakçı komandaların paradından sonra rəsmi şəxslərin - Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos, Avropa Oyunlarının təşkilat komitəsinin sədri Yaçek Sasin və Polşa prezidenti Anjey Dudanın çıxışları olub.

Tədbirdə, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın müraciəti səsləndirilib.

Son olaraq Oyunların məşəli arenaya gətirilib və stadiondakı məşəl alovlandırılıb. Bununla da III Avropa Oyunları açıq elan olunub.

Mərasim atəşfəşanlıqla yekunlaşıb.

00:02

Avropa Oyunlarının açılış mərasimində iştirakçı komandaların rəsmi keçidi olub.

"QELEBE.AZ"un Krakova ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan komandası da paradda iştirak edib.

Ölkənin adı yazılan lövhəni və bayrağı Yaylagül Ramazanova (oxatma) ilə Barat Quliyev (qılıncoynatma) daşıyıb.

Qeyd edək ki, Azərbaycan idmançıları Avropa Oyunları zamanı Polşanın 5 müxtəlif şəhərində mübarizə aparacaqlar. Rəsmi keçidə yalnız Krakovdakı yarışlarda iştirak edəcək idmançılar qatılıblar.

23:26

Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilir.

"QELEBE.AZ"un sözügedən ölkəyə ezam olunmuş əməkdaşının məlumatına görə, tədbir Krakovda yerləşən "Miejski" stadionunda gerçəkləşir.

Mərasim ev sahibi Polşanın bayrağının arenanın mərkəzinə gətirilməsi ilə start götürüb. Bayraq xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.

Daha sonra Polşa tarixinin müxtəlif dövrlərini özündə əks etdirən səhnəciklər təqdim olunub.

Ardınca mərasim bədii hissə ilə davam edib. Yerli "Qoleç Uorkestra", həmçinin, 2022-ci ildə Avroviziya musiqi müsabiqəsinin qalibi olmuş Ukraynanın "Kaluş" qrupunun ifaları səslənib.

Daha sonra meydana yarışın rəsmi maskotları Krakuşek və Salamandra Sandra dəvət olunublar. Onlar ortaq "Biz birlikdəyik!" şüarını səsləndiriblər.

Özündə Polşanın elm, mədəniyyət və ədəbiyyat sahəsində dünya şöhrətli şəxsiyyətlərinin əsərlərinin məzmununu birləşdirən bir neçə kompozisiya da açılışı izləyənlərə təqdim edilib.

22:43

Polşada III Avropa Oyunlarının açılış mərasimi start götürüb.

"QELEBE.AZ"un sözügedən ölkəyə ezam olunmuş əməkdaşının məlumatına görə, tədbir Krakovda yerləşən "Miejski" stadionunda keçirilir.

Mərasim ev sahibi Polşanın bayrağının stadiona gətirilməsi ilə başlayıb. Bayraq Polşa himninin sədaları altında xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Azərbaycanda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Fərdi
Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Fərdi
Azərbaycan avarçəkənləri Gürcüstanda 4 medal qazanıb

Azərbaycan avarçəkənləri Gürcüstanda 4 medal qazanıb

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançıları qəbul edib

Fərdi
Kolumbiyalı boksçu döyüşdən sonra komaya düşüb

Kolumbiyalı boksçu döyüşdən sonra komaya düşüb

Fərdi
UFC: Nəriman Abbasovun çəkiölçmə mərasimi keçirilib

UFC: Nəriman Abbasovun çəkiölçmə mərasimi keçirilib

Fərdi
Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Fərdi
Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Agentlik direktoru: "AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb"

Agentlik direktoru: "AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb"

Fərdi
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib