Avropa Oyunları: Dadaşov finalda, Əkbərova "bürünc" görüşünə vəsiqə qazanıb - YENİLƏNİB - 6

Avropa Oyunları: Dadaşov finalda, Əkbərova "bürünc" görüşünə vəsiqə qazanıb - YENİLƏNİB - 6

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal görüşünə vəsiqə qazanıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 46 kq-da çıxış edən idmançı təsəlliverici qarşılaşmada Dina Puryunes 2:0 (4:3, 6:4) hesabı ilə qalib gəlib.

O, üçüncü yer uğrunda görüşdə kiprli Kiriaki Kuttuki ilə münasibətlərinə aydınlıq gətirəcək.

18:58

Azərbaycanın daha iki taekvondoçusu Polşada keçirilən III Avropa Oyunlarında medal qazana bilər.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, kişilərdən 58 kq-da Qaşım Maqomedov, qadınlardan isə 46 kq-da Minayə Əkbərova 3-cü yer uğrunda təsəlliverici görüşlərə çıxacaqlar. Buna sözügedən idmançıların uduzduqları rəqiblərin finala yüksəlmələri səbəb olub.

Təsəlliverici qarşılaşnalarda Maqomedov israilli Dmitir Naqayevlə, Əkbərova isə Dina Puryuneslə üz-üzə gələcək.

18:10

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda isveçli İbrahim Marvanla qarşılaşıb.

Rəqibinə 2:0 (8:2, 7:3) hesabı ilə qalib gələn Dadaşov adını həlledici qarşılaşmaya yazdırıb. Onun finaldakı rəqibi Uqo Arilya Vaskes (İspaniya) - Andrea Konti (İtaliya) cütünün qalibi olacaq.

17:22

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Maqomedov yarımfinala yüksə bilməyib.

Daha əvvəl 54 kq-dakı Səyyad Dadaşov yarımfinala vəsiqə qazanıb.

16:48

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində bolqarıstanlı Lyubomir Boqdanovla üz-üzə gəlib.

Rəqibini 2:0 hesabı ilə üstələyən Dadaşov yarımfinala yüksəlib. O, finala gedən yolda İsveç təmsilçisi İbrahim Marvanla qarşılaşacaq.

Azərbaycanın digər taekvondoçusu Qaşım Maqomedov (58 kq) eyni raundda ispaniyalı Adrian Visente ilə görüşəcək.

13:40

Azərbaycanın daha üç taekvondoçusu Polşada təşkil olunan III Avropa Oyunlarında ilk görüşünə çıxıb.

"QELEBE.AZ"un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, qadınlardan Patimat Abakarova (49 kq) və Minayə Əkbərova (46 kq) məğlub olublar.

Onlar müvafiq olaraq Sufarada Kisskalta (Almaniya) və Sofiya Zampettiyə (İtaliya) yeniliblər.

58 kq-dakı Qaşım Maqomedov isə Aymen Açnineyə (Niderland) qalib gələrək 1/4 finala yüksəlib.

Qeyd edək ki, daha əvvəl 54 kq-dakı Səyyad Dadaşov ilk qarşılaşmada qələbə qazanıb.

12:19

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında ilk görüşünə çıxıb.

"QELEBE.AZ"un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində almaniyalı Xalid Abdel Halimlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Dadaşov 1/4 finala yüksəlib. O, növbəti raundda bolqarıstanlı Lyubomir Boqdanovla görüşəcək.

Qeyd edək ki, bu gün Qaşım Maqomedov (58 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxacaq.

Fərdi
Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Fərdi
IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri müəyyənləşib

Fərdi
Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Fərdi
Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Fərdi
Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Fərdi
"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

Fərdi
Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb

Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb