Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşünə çıxacaq
Azərbaycan cüdoçusu Uşangi Kokauri Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan Böyük Dəbilqədə yarımfinal görüşünü keçirib.
"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı neytral statusda çıxış edən rusiyalı cüdoçu İnal Tasoyevlə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Kokauri bürünc medal uğrunda monqolustanlı Tsetsentsengel Odxuuya rəqib olub.
100 kq-dakı Zelim Kotsoyev üçüncülük qarşılaşmasında digər rusiyalı Arman Adamyanla qarşılaşacaq.
Bu gün tatamiyə çıxan Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Camal Qamzatxanov (+100 kq) əvvəlki raundlarda medal şanslarını itirib.
Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medala sahib çıxıb.

https://qalaba.az//uploads/photo/boyuk-debilqe-azerbaycanin-iki-cudochusu-burunc-medal-gorushune-chixacaq.webp











