Azərbaycan gimnastları Avstriyaya təlim-məşq toplanışına yollanıblar
Azərbaycanın bədii gimnastları Azadə Atakişiyeva, Alina Kolesnikova, Yelizaveta Yefremova, Zəhra Tahirova Avstriyanın Obertraun şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.
Federasiyadan "Report"a verilən məlumata görə, idmançılar hazırlıq prosesi ilə bağlı sözügedən ölkəyə yollanıblar.
Qeyd edək ki, toplanış iyulun 1-dək davam edəcək.

https://qalaba.az//uploads/photo/azerbaycan-gimnastlari-avstriyaya-telim-meshq-toplanishina-yollaniblar.webp











