"Neftçi"nin sabiq prezidenti Serbiya millisinin oyununa təyinat alıb
"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.
"Report"un məlumatına görə, o, Serbiya və İsveç komandaları arasında keçiriləcək Millətlər Liqasının V tur oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, sentyabrın 24-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Orxan Hüseynzadə 2017-2018-ci illərdə paytaxt təmsilçisinin prezidenti olub.

https://qalaba.az//uploads/photo/neftchinin-sabiq-prezidenti-serbiya-millisinin-oyununa-teyinat-alib.webp











