Azərbaycan güləşçiləri Türkiyədəki beynəlxalq turnirdə 12 medal qazanıblar

Azərbaycan güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunan turnirdə 12 medal qazanıblar.

“Report”un məlumatına görə, ənənəvi yarışda yığma üzvləri 3 qızıl, 2 gümüş, 7 bürünc medal əldə ediblər.

Beynəlxalq turnirin yunan-Roma güləşində Qurban Qurbanovla (77 kq) Murad Əhmədiyev (97 kq) ikinci, Məhəmməd Əhmədiyev (87 kq) üçüncü yeri tutub.

Qadın güləşində Birgül Soltanova (62 kq) və Elnurə Məmmədova (53 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nigar Mirzəzadə (65 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Sərbəst güləşdə isə Maqomed-Başir Xaniyev (70 kq) qızıl, İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov, Rəşid Babazadə (hər ikisi 65 kq), Orxan Abasov və Əşrəf Aşırov (79 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Xəyal Əliyev ədaləti qoruyub.

Fərdi
"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

"Mingəçevir Reqatası"nda ilk qalib bəlli olub

Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib

"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub