Avropa Oyunları: Azərbaycan qılıncoynadanları fərdi mübarizəni medalsız başa vurublar - YENİLƏNİB - 5

Avropa Oyunları: Azərbaycan qılıncoynadanları fərdi mübarizəni medalsız başa vurublar - YENİLƏNİB - 5

Azərbaycan qılıncoynadanları Polşada keçirilən III Avropa Oyunlarında fərdi mübarizəni medalsız başa vurublar.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, son olaraq qadın sablyaçılardan Səbinə Kərimova 1/8 final mərhələsində macar Renata Katonaya uduzub.

18:02

Azərbaycanın qadın sablyaçıları Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşlərinə çıxıblar.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Səbinə Kərimova ölkənin digər idmançısı Valeriya Bolşakovaya qalib gələrək 1/8 finala yüksəlib.

Anna Başta isə eyni raundda polşalı Malgorzata Kozaçuka yenilib. Kərimova növbəti raundda macar Renata Katona ilə qarşılaşacaq.

16:51

Azərbaycanın qadın qılıncoynadanı Valeriya Bolşakova Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, o, 1/32 final mərhələsində Almaniya təmsilçisi Julika Funke ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Bolşakova 1/16 finala yüksəlib. O, növbəti raundda Azərbaycanın digər idmançısı Səbinə Kərimova ilə üz-üzə gələcək.

16:00

Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında mübarizəyə start verilib.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçilərindən Anna Başta (5 qələbə), Səbinə Kərimova ( 5 qələbə) və Valeriya Bolşakova (3 qələbə) pley-offa yüksəlib.

Qrup mərhələsində 1 qələbəsi olan Palina Kaspiaroviç mübarizəni dayandırıb.

15:14

Azərbaycan qılıncoynadanı Ruslan Həsənov Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, şpaqa növündə çıxış edən idmançı 1/32 final mərhələsində İsveç təmsilçisi Hadrien Favreyə uduzub - 14:15.

Beləliklə, bu gün yarışa qoşulan üç qılıncoynadanın hər biri medal şansını itirib.

13:25

Azərbaycan qılıncoynadanı Kənan Əliyev Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı 1/64 final mərhələsində Estoniya təmsilçisi Ruslan Eskova 13:15 hesabı ilə uduzub.

12:54

Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçilərindən Ruslan Həsənov və Kənan Əliyev qrup mərhələsini adlayaraq pley-offa yüksəlib.

Barat Quliyev isə mübarizəni erkən dayandırıb.

Qrupda 4 qələbəsi olan Ruslan Həsənov birbaşa ən güclü "64-lüy"ə vəsiqə qazanıb. Həsənov bu mərhələdə isveçrəli Hadrien Favre ilə qarşılaşacaq. Qrupu 2 qələbə ilə bitirən Kənan Əliyev isə 64-lüyə yüksəlmək üçün estoniyalı Ruslan Eskovla görüşəcək.

Fərdi
Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Fərdi
Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Fərdi
Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Fərdi
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Fərdi
Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

Fərdi
Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Fərdi
Uşaqlar üçün ustad dərsi keçirilib

Uşaqlar üçün ustad dərsi keçirilib

Fərdi
Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Fərdi
Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"