Avropa Oyunları: Azərbaycanın kişi və qadınlardan ibarət badminton tandemləri növbəti dəfə məğlub olublar - YENİLƏNİB

Avropa Oyunları: Azərbaycanın kişi və qadınlardan ibarət badminton tandemləri növbəti dəfə məğlub olublar - YENİLƏNİB

Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuradmadhoni Polşada təşkil olunan III Avropa Oyunlarında kişilərin qoşa kateqoriyasında növbəti görüşlərini keçiriblər.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançılar B qrupunda İtaliya badmintonçuları Covanni Qreko - David Salutt qoşasına 1:2 (17-21,21-17, 17-21) hesabı ilə məğlub olublar.

Qeyd edək ki, sözügedən tandem B qrupundakı ilk matçında Böyük Britaniya təmsilçiləri Ben Leyn - Şon Vendi qoşasına da məğlub olub.

19:34

Azərbaycan badmintonçuları Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni davam etdirirlər.

"QELEBE.AZ"un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, Keişa Fatimə Zəhra - Era Maftuha tandemi qadınların qoşa kateqoriyasında D qrupunda ikinci görüşünü keçirib.

Təmsilçilərimiz Niderland badmintonçuları Jille Debora - Cheryl Seinen qoşasına 0:2 (10 -21,12 -21) hesabı ilə məğlub olublar.

Qeyd edək ki, sözügedən tandem ötən gün Beatriz Korallez - Klara Azurmendi (İspaniya) cütünə də məğlub olub.

15:27

Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünü keçirib.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı G qrupundakı ikinci qarşılaşmasında Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevlə üz-üzə gəlib.

Rəqibini məğlub edən (2:1) Dviçayo ikinci qələbəsini rəsmiləşdirib. O, ötən gün ispaniyalı Luis Enrike Penalveyə qalib gəlmişdi.

Beləliklə, Azərbaycan təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

13:33

Azərbaycan basmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı D qrupundakı ikinci matçında Moldova təmsilçisi Vlada Qinqa ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən (2:0) Keyşa Fatimə Zəhra ikinci qələbəsini rəsmiləşdirib. O, ötən gün litvalı Samanta Qolubikaiteyə qalib gəlmişdi.

Beləliklə, Azərbaycan təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, badminton idman növü Avropa Oyunlarında Avropa çempionatı statusu daşıyır və dünya çempionatından sonra Paris olimpiadasına ən yüksək reytinq xalları verir.

Fərdi
Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Fərdi
"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

Fərdi
Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Fərdi
Rəşad Rəsullu: "Cüdoçular qitə çempionatında yüksək səviyyədə mübarizə apardılar"

Rəşad Rəsullu: "Cüdoçular qitə çempionatında yüksək səviyyədə mübarizə apardılar"

Fərdi
Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Fərdi
Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Fərdi
Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Fərdi
Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Fərdi
Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb