“Neftçi” Sankt-Peterburqdakı turnirə 23 futbolçu ilə yollanacaq

“Neftçi” Sankt-Peterburqdakı turnirə 23 futbolçu ilə yollanacaq

“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq “Matç TV” turnirinə 23 futbolçu ilə yollanacaq.

“QELEBE.AZ”un klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gecə saat 12-də çarter reysi ilə Sankt-Peterburqa gedəcəklər.

“Ağ-qaralar” səfərə məşqçilər Vadar Nuriyev, İqor Getman və qapıçılar üzrə məşqçi Yusif Hüseynovun rəhbərliyi altında aşağıdakı futbolçularla yollanacaq:

Qapıçılar: İvan Brkiç, Aqil Məmmədov, Rza Cəfərov.

Müdafiəçilər: Höccət Haqverdi, Solomon Kverkveliya, Azər Əliyev, Azər Salahlı, Ömər Buludov, Elton Əlibəyli, Samir Həsənov, Rüfət Abbasov, Hüseyn Babayev.

Yarımmüdafiəçilər: Kenni Sayef, Eddi İsrafilov, Rəhman Hacıyev, İsmayıl Zülfüqarlı, Kilan Lebon, Ataa Caber, Fərid Yusifli, Ömər Qurbanov.

Hücumçular: Mateus Saldanya, Yeqor Boqomolski, Ağadadaş Salyanski.

“Neftçi” iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək. Komanda iyulun 1-də Rusiyanın “Zenit” (20:30), 8-də Serbiyanın “Srvena Zvezda” (20:30), 15-də isə Türkiyənin “Fənərbağça” (15:00) klubu ilə qarşılaşacaq. “Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş “Smena” stadionunda olacaq.

Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtı Moskvaya yollanaraq yerli “Spartak”la yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, 2023/2024 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Futbol
"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

Futbol
Ronaldo yeni klubu ilə anlaşır

Ronaldo yeni klubu ilə anlaşır

Futbol
DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

Futbol
Lionel Messi Maradonanın rekordunu yeniləyib

Lionel Messi Maradonanın rekordunu yeniləyib

Futbol
Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Futbol
Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Futbol
Ronaldu AVRO-2024-də oynamaq istəyir

Ronaldu AVRO-2024-də oynamaq istəyir

Futbol
Avropa Liqası: "Qarabağ" fasiləyə məğlub yollanıb

Avropa Liqası: "Qarabağ" fasiləyə məğlub yollanıb

Futbol
"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

Futbol
"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

Futbol
Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib

Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib

Futbol
Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub