Avropa Oyunları: Ruslan Lunyov finala vəsiqə qazanıb
Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə atəş açmada finala yüksəlib.
"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, ikiqat Avropa çempionu təsnifat mərhələsinin 2-ci günündə 289 xal toplayıb.
İki günün nəticələrinə əsasən, xallarını 581-ə çatdıran snayper yekunda 6-cı pilləni tutaraq, həlledici raunda vəsiqə qazanıb.
Qeyd edək ki, qadın atıcılar Ülviyə Eyvazova və Aydan Camalova da təsnifat mərhələsinin (trap) 2-ci günündə mübarizə aparır. Hələlik Camalova 16-cı, Eyvazova isə 27-ci sırada qərarlaşıb.

https://qalaba.az//uploads/photo/avropa-oyunlari-ruslan-lunyov-finala-vesiqe-qazanib.webp











