Azərbaycanın cüdo üzrə milli yığma komandasına yeni böyük məşqçi təyin olunub

Azərbaycanın cüdo üzrə milli yığma komandasına yeni böyük məşqçi təyin olunub

Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli yığma komandasına yeni böyük məşqçi təyin olunub.

"Report" xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası kişilərdən ibarət milli yığma komandasının böyük məşqçisi vəzifəsinə almaniyalı mütəxəssis Slavko Tekiçi dəvət edib. O, 1 avqust 2023-cü ildən etibarən vəzifəsini yerinə yetirməyə başlayacaq.

Yeni böyük məşqçi Slavko Tekiç məşqçilik fəaliyyətinə 1992-ci ildən başlayıb və 1996-cı ildən etibarən Almaniyada fəaliyyətini davam etdirib. 1999-cu ildə Almaniyanın Hamburq Federativ bölgəsində dövlət məşqçisi, 2009-cu ildə isə adıçəkilən bölgənin baş məşqçisi təyin edilib və Azərbaycan milli yığmasına dəvət alana qədər bu vəzifədə çalışıb.

2017-ci ildə Almaniya Cüdo Federasiyası tərəfindən ilin cüdo məşqçisi mükafatına layiq görülüb.

Fəaliyyəti dövründə hazırladığı idmançılar beynəlxalq turnirlərdə dəfələrlə medallar qazanıb. Onların sırasında Dominik Resseli, Maşa və Seyja Balhauz bacılarını, David Tekiçi və digərlərini qeyd etmək olar.

Slavko Tekiç beynəlxalq turnirlərdə yüksək nəticələrə yönəlik məşq-hazırlıq proqramlarının hazırlanması və tətbiqi üzrə geniş təcrübəyə malikdir.

Qeyd edək ki, Riçard Trautman Azərbaycanın kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Fərdi
"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

Fərdi
Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Fərdi
“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Fərdi
Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Fərdi
Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Fərdi
Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Fərdi
Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb

Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Fərdi
Belçikalı velosipedçi dünya çempionu olub

Belçikalı velosipedçi dünya çempionu olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar