Gültəkin Şirinova güləş üzrə Avropa ikincisi olub

Gültəkin Şirinova güləş üzrə Avropa ikincisi olub

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir. Dördüncü yarış günündə qadın güləşi üzrə millinin son 3 üzvü mübarizəyə qoşulub.

"QELEBE.AZ" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Gültəkin Şirinova (53 kq) fransalı Lauri Lesaffreyə (14:4), slovakiyalı Kristina Basixə (14:6) və türkiyəli Emine Çakmaka (4:1) qalib gələrək Avropa çempionatının finalına yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi finalda ukraynalı Mariya Yefremova qarşılaşıb. Rəqibinə 0:2 hesabıyla uduzan Gültəkin Avropa ikincisi olub.

Nərgiz Səmədova (57 kq) bolqarıstanlı Nesrin Süleymanovaya (3:0) və xorvatiyalı Lana Noqiçə (11:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Səmədova finalın bir addımlığında ukraynalı Alina Filipoviçlə bacarmayıb - 0:11. Mingəçevir güləş məktəbinin yetirməsi bürünc medal uğrunda türkiyəli Şevval Çayırla güləşib. Rəqibinə müqavimət göstərə bilməyən (0:10) Nərgiz 5-ci yerlə kifayətlənib.

Fatimə İsayeva (65 kq) təsnifat mərhələsində macarıstanlı Eniko Elekeşə "tuş"la məğlub olub. Rəqib finala yüksəldiyi üçün İsayeva təsəlliverici görüşdə serbiyalı Maşa Peroviçlə üz-üzə gəlib və bu qarşılaşmada da uduzub - 10:18.

Fərdi
Azərbaycan güləşçisi: "Ağır çəkidəki idmançılar ağrı-acıya dözümlü deyillər"

Azərbaycan güləşçisi: "Ağır çəkidəki idmançılar ağrı-acıya dözümlü deyillər"

Fərdi
Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

Fərdi
İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

Fərdi
Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

Fərdi
Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Fərdi
Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Fərdi
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Fərdi
"Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib

"Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib