Erik Yirka: "Azərbaycan millisinə uduzduğumuz üçün emosiyalar neqativdir"
"Qol vurmağıma baxmayaraq, emosiyalar neqativdir. Çünki qalib gələ bilmədik".
"QELEBE.AZ"un məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Erik Yirka evdə Azərbaycana 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra deyib.
Komandasının yeganə qolunun müəllifi olan 25 yaşlı yarımmüdafiəçi ələ düşən fürsətlərdən istifadə edə bilmədiklərini söyləyib: "Bu isə xalsız qalmağımıza səbəb oldu. İkinci hissədə yaxşı oynadıq, çoxlu hücum etdik. Amma yetmədi".
Penaltidən fərqlənən futbolçu zərbəni vurmağı ona həvalə edən komanda yoldaşlarına minnətdarlığını bildirib.

https://qalaba.az//uploads/photo/erik-yirka-azerbaycan-millisine-uduzdugumuz-uchun-emosiyalar-neqativdir.webp











