“Neftçi” Avropanın perspektivli məşqçilərindən bir ilə müqavilə imzalayıb

“Neftçi” Avropanın perspektivli məşqçilərindən bir ilə müqavilə imzalayıb

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.

“QELEBE.AZ”un məlumatına görə, paytaxt klubu Avropanın perspektvili mütəxəssislərindən biri hesab olunan Adrian Mutu ilə müqavilə imzalayıb.

Bir neçə müddətdir tərəflər arasında davam edən danışıqların yekununda klub rəhbərliyi öz planları və islahatlar vəd edən gələcək layihələri ilə rumıniyalı mütəxəssisi razı salıb.

Rumıniya mətbuatında Mutunun “Neftçi”dəki qazancı haqqında müxtəlif spekuliyasiyalar və iddialar səsləndirilsə də, əldə etdiyimiz məlumata görə, onun Bakı klubundan alacağı məvacib iddia olunandan qat-qat azdır.

Məşqçilik karyerasına nisbətən tez – 37 yaşında başlayan və baş məşqçi kimi sonuncu iş yeri Buxarestin “Rapid” klubu olan Mutu müxtəlif vaxtlarda ölkəsinin “Voluntari”, “Universitatea Krayova”, həmçinin BƏƏ-nin “Əl-Vəhdə” klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib.

Futbolçu kimi çox uğurlu karyeraya malik olan eks hücumçunun ən parlaq illləri İtaliyada keçib. O, bu ölkənin “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina” kimi klublarında çıxış edib.

Bundan əlavə, İngiltərədə “Çelsi”, Fransada isə “Ayaçço”nun da formasını geyinmiş Mutu əfsanəvi məşqçilər – Marçello Lippi, Klaudio Ranyeri, Joze Mourinyo, Fabio Kapello, Çezare Prandelli kimi mütəxəssislərin rəhbərliyi altında çıxış edib, onlardan futbolun sirlərini öyrənib.

Məşqçi kimi isə özünü ötən mövsüm uzun illər sonra “Napoli”yə A seriyası çempionluğunu qazandıran Luçano Spalettinin yetirməsi hesab edən Mutu oynatdığı oyun tərzi ilə də italiyalı mütəxəssisə bənzəyir. Maraqlıdır ki, “Fiorentina”da çıxış etdiyi zamanlarda Spaletti hücumçunu o zamanlar çalışdırdığı “Roma”ya transfer etmək istəmişdi. Keçid alınmasa da, ikili arasında o vaxtdan qalma dostluq münasibətləri mövcuddur.

Komandasına daha çox hücum və pressinqə əsaslanan taktika aşılayan rumıniyalı məşqçi aqressiv oyuna üstünlük verir. Bir çox futbol şərhçilərinin fikrincə, gənc olmasına baxmayaraq, özünü yetərincə təsdiqləmiş Mutu A seriyasında belə klub çalışdırmaq iqtidarındadır.

Qeyd edək ki, Rumıniya millisinin tarixində əfsanəvi Geroge Haci ilə ilə birlikdə ən çox qol vuran oyunçu da (35 qol) məhz Adrian Mutudur.

Futbol
Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

Futbol
AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

Futbol
"Sabah"ın qapıçısı Azərbaycan çempionatlarında əsrin rekordunu müəyyənləşdirib

"Sabah"ın qapıçısı Azərbaycan çempionatlarında əsrin rekordunu müəyyənləşdirib

Futbol
Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"

Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"

Futbol
Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Futbol
Azərbaycan millisinin futbolçusu zədələnib

Azərbaycan millisinin futbolçusu zədələnib

Futbol
Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Futbol
“Qarabağ” ən məhsuldar komandaların siyahısında Avropa nəhənglərini qabaqlayır

“Qarabağ” ən məhsuldar komandaların siyahısında Avropa nəhənglərini qabaqlayır

Futbol
"Frayburq" "Qarabağ"la oyunda hesabı açıb

"Frayburq" "Qarabağ"la oyunda hesabı açıb