Adrian Mutu: "Neftçi"yə istirahətə gəlməmişəm, qələbələr üçün buradayam"

Adrian Mutu: "Neftçi"yə istirahətə gəlməmişəm, qələbələr üçün buradayam"

"İstirahətə gəlməmişəm. Qalibiyyətlər əldə etmək üçün buradayam. Komandanı layiq olduğu zirvələrə qaldırmağa hazıram".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu "ağ-qaralar"ın rəsmi televiziyasına müsahibəsində deyib.

44 yaşlı mütəxəssis paytaxt təmsilçisi ilə danışıqların bir neçə həftə əvvəl başladığını bildirib: "Uzun sürən danışıqlardan sonra qərarımı verdim. Zəng gəldikdən sonra daha dərindən araşdırmalara başladım və "Neftçi"nin klub olaraq nə anlam verdiyini öyrənməyə çalışdım. Bilirəm ki, ölkənin çılğın azarkeş qrupuna malik ən böyük klubudur. Məni daha çox təklif olunan layihə cəlb etdi".

Mutu təyinatdan əvvəl "Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Regekampfla da danışdığını söyləyib: "Onun uzun müddətdir ki, dostuq. Eyni zamanda milli komandanın şərəfini qorumuşuq. Regekampfdan klub haqqında ümumi məlumatları soruşdum və olduqca yaxşı informasiyalar əldə etdim. Amma "Neftçi" haqqında ətraflı danışmadıq, klubu şəxsən özüm araşdırmaq və tanımaq istədim. Çalışacağam ki, məndən əvvəl baş verənlər unudulsun, çünki yeni layihəyə başlayırıq. Burada olduğuma görə çox xoşbəxtəm, uğur qazanmaq üçün də olduqca istəkliyəm. Əminliklə deyə bilərəm ki, nailiyyətlər əldə etmək üçün 200 faiz işləməyə belə hazıram. Bu, böyük çağırışdır. Buna çox ciddi yanaşıram. Ümid edirəm ki, olduqca vacib uğurlar əldə edəcəyəm. Hər şeyin başlanğıcında olduğumuzdan xəbərdaram. Amma üzərimizdə çox işləməli və inkişaf etməliyik".

Rumıniyalı mütəxəssis "Neftçi"nin bir neçə oyununu izlədiyini və bu səbəbdən komandanın bəzi futbolçularını tanıdığını vurğulayıb: "Təlim-məşq toplanışındakı iki matça da baxmışam. Səmimi danışsaq, öz üzərimizdə çox işləməliyik. Bu, olduqca vacibdir. Hansı mövqeyə futbolçuların tələb olunduğu barədə danışmaq isə hələlik tezdir. Çünki bunun üçün mənə vaxt lazımdır. Komandaya bir dəfə məşq keçmişəm. Hər şeyi düzgün qiymətləndirmək üçün zamana ehtiyacım var. Düşünürəm ki, yeni futbolçular da lazımdır. Çünki qarşıda bizi UEFA Konfrans Liqası daxil olmaqla bir neçə yarış gözləyir. Bütün turnirlərdə sağlam rəqabət aparmaq üçün daha geniş heyətimiz olmalıdır".

O, "Neftçi"nin ölkənin ən böyük klubu olduğunu sözlərinə əlavə edib: "Qərarımı verdikdən sonra məni hansı təzyiqlərin gözlədiyini bilirdim. Bundan qorxmuram. Çünki bu, mənə daha çox motivasiya verir və işimə daha çox köklənməyə vadar edir".

Futbol
"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

Futbol
İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq

İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq

Futbol
"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

Futbol
Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Futbol
Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Futbol
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Xorvatiya ilə qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Xorvatiya ilə qarşılaşacaq

Futbol
İngiltərədə ilin futbolçusu açıqlanıb

İngiltərədə ilin futbolçusu açıqlanıb

Futbol
Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Futbol
Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

Futbol
Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Futbol
Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Futbol
Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib