"Barselona"nın keçmiş kapitanı yenidən Messinin komanda yoldaşı olub

İspaniyanın "Barselona" futbol komandasının kapitanı Serxio Buskuets ABŞ-ın “İnter Mayami” klubuna keçib və yenidən Lionel Messi ilə komanda yoldaşı olub.

"Report" xəbər verir ki, bu barədə Amerika komandasının saytı məlumat yayıb.

35 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilə qədər müqavilə imzalanıb. O, MLS klubuna azad agent kimi qoşulub.

"Bu, xüsusi və həyəcanverici fürsətdir ki, ondan istifadə etməkdən çox xoşbəxtəm. “İnter Mayami”dəki karyeramda növbəti addımı səbirsizliklə gözləyirəm", - Buskets şərh edib.

Buskuets 2008-ci ildən “Barselona”nın heyətində çıxış edib və o vaxtdan klubda 722 oyun keçirib. Kataloniyalılarla doqquz dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə Kubokunu və Superkubokunu qazanıb, üç dəfə Çempionlar Liqasının qalibi olub. 2022/2023 mövsümünün sonunda komandanı tərk edib.

Futbol
“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

Azərbaycan millisinin Slovakiya və Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

Moldova - Azərbaycan oyununda ikinci hissə başlayıb

Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Macarıstanlı futbolçu: "Qarabağ"la oyundan sonra məni səhv başa düşdülər"

"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

"Turan Tovuz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Meksikada futbolçu oyun vaxtı infarktdan ölüb

“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

"Qarabağ"dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzalayıb - RƏSMİ