“Neftçi”nin yeni transferi: “Baş məşqçi amili gəlməyimdə əsas rol oynadı”

“Neftçi”nin yeni transferi: “Baş məşqçi amili gəlməyimdə əsas rol oynadı”

“Baş məşqçi amili “Neftçi”yə gəlməyimdə əsas rol oynadı”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Yuri Matias klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Rumıniyanın ÇFR klubundan transfer edilən braziliyalı mərkəz müdafiəçisi “Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu amilini xüsusi vurğulayıb: “İlk təklif baş məşqçi tərəfindən gəldi. Çünki məni Rumıniyadan tanıyırdı. Daha sonra agentlərim klubla əlaqə saxladılar. Təkliflə bağlı müzakirələr oldu. Bu barədə danışdığım insanlar da mənə şəhərlə bağlı çox yaxşı sözlər dedilər. Bütün bunlar “Neftçi”ni seçməyə cəlb etdi”.

O, yeni komandasında əsas hədəfinin titullar, çempionluq qazanmaq olacağını söyləyib: “Bilirəm ki, “Neftçi” böyük klubdur. Bütün komanda məni çox yaxşı qarşıladı. Bura gəlməzdən əvvəl Mateusla da söhbətimiz olmuşdu. Komandada portuqalca və ingiliscə danışanlar da var. Hamısı ilə yaxşı ünsiyyət qurmağa çalışıram. İlk məşqdən çox yaxşı təəssüratla ayrıldım. Komanda yoldaşlarımla birlikdə uğurlar qazanmağa çalışacağıq”.

28 yaşlı oyunçu müdafiə xəttinə liderlik etmək bacarığına malik olduğunu əlavə edib: “Bura gətirilməyimdə əsas məqsəd müdafiəni daha da gücləndirmək, bu mövqedə stabillik yaratmaqdır. Bunun üçün arxa xətdəki komanda yoldaşlarımla əlimizdən gələni edəcəyik. Çünki müdafiədə stabillik olanda işlər daha yaxşı gedir. Müdafiə olunmaqdan, arxa xətti idarə etməkdən xoşum gəlir. Komanda yoldaşlarımla birlikdə hər şeyin ən yaxşısını etməyə hazırıq”.

Matias azarkeşlərdən dəstək istəyib: “Sözsüz ki, komanda yoldaşlarıma kömək etmək üçün maksimum çalışacağam. Ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində oynamışam, “Latsio” ilə matçda iştirak etmişəm. Düşünürəm ki, təcrübəmdən yararlanıb, komandama daha faydalı olacağam. Öz üzərimizdə çalışacağıq ki, ilk rəsmi oyuna hazır olaq. Azarkeşlərə demək istəyirəm ki, hər zaman bizi dəstəkləsinlər. Biz də komanda olaraq böyük uğurlar qazanmaq üçün bütün gücümüzü qoyacağıq”.

Qeyd edək ki, Yuri Matias “Neftçi” ilə 2 illik müqavilə bağlayıb.

Futbol
Avstraliya Tunisə qalib gəlib

Avstraliya Tunisə qalib gəlib

Futbol
“Real”da əcnəbi futbolçu qalmayıb

“Real”da əcnəbi futbolçu qalmayıb

Futbol
DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

Futbol
Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Futbol
Mundialların seçmə və final mərhələlərində ən çox qol vurmuş futbolçular bəlli olub

Mundialların seçmə və final mərhələlərində ən çox qol vurmuş futbolçular bəlli olub

Futbol
Çempionlar Liqası: Həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqası: Həftənin rəmzi komandası bəlli olub

Futbol
Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb

Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb

Futbol
Braziliyalı futzalçı: "Azərbaycanda da futzalın sevildiyini bilirəm"

Braziliyalı futzalçı: "Azərbaycanda da futzalın sevildiyini bilirəm"

Futbol
Xorvatiya millisinin futbolçusu "Qarabağ"la oyunda iştirak edə biləcək

Xorvatiya millisinin futbolçusu "Qarabağ"la oyunda iştirak edə biləcək

Futbol
"Qarabağ"ın futbolçusu bir qolla iki yubileyi rəsmiləşdirib

"Qarabağ"ın futbolçusu bir qolla iki yubileyi rəsmiləşdirib

Futbol
"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

Futbol
"Bavariya"nın əsas müdafiəçisi zədələnib

"Bavariya"nın əsas müdafiəçisi zədələnib