Dünya çempionatında 2 qızıl medal qazanan para-atlet: “Parisə yollananda buna inanırdım”

Dünya çempionatında 2 qızıl medal qazanan para-atlet: “Parisə yollananda buna inanırdım”

“Parisə yollananda bu uğuru qazanacağıma inanırdım. Çünki yaxşı hazırlıq keçirdim”.

“Report”un məlumatına görə, bunu Fransanın paytaxtı Parisdə keçirilən para-atletika üzrə dünya çempionatında iki qızıl medal qazanan Azərbaycan idmançısı Lamiyə Vəliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

100 və 400 məsafələrə qaçışda birinci yeri tutaraq Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edən L.Vəliyeva buna görə sevincli olduğunu bildirib: “Bütün yarışlarımı ciddi qəbul edirəm və Vətənimi layiqli şəkildə təmsil etməyə çalışıram. Hər gün məşq edirəm ki, bu cür yarışlarda gücümü göstərə bilim. Sübut etmək istəyirəm ki, millətimiz həmişə ön sırada olmalıdır. Özümlə çox fəxr edirəm”.

O, indidən 2024-cü ildə keçiriləcək paralimpiada barədə fikirləşdiyini söyləyib: “Orada rəqabət güclü olur. Hər saat mənim üçün vacibdir. Yaxşı hazırlaşmalıyam ki, Vətənimi həmin turnirdə də layiqincə təmsil edə bilim. Bu, mənim borcumdur”.

Fransadakı mundialda uzunluğa tullanma növündə bürünc mükafata yiyələnən Səid Nəcəfzadə nəticəsini Yay Paralimpiya Oyunlarında yaxşılaşdırmağa çalışacağını vurğulayıb: “Dünya çempionatına yollananda əsas hədəfim Paralimpiya Oyunlarına lisenziya qazanmaq idi. Mundialda ilk dəfə iştirak edirdim. Bundan sonrakı məqsədim isə bir il sonrakı paralimpiadada daha yaxşı nəticə göstərməkdir”.

Qeyd edək ki, Parisdəki dünya çempionatında nüvə itələmə növündə Oloxan Musayev və uzunluğa tullanmada Orxan Aslanov 4-cü olmaqla Yay Paralimpiya Oyunlarına lisenziya qazanıblar.

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Fərdi
Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Fərdi
Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"

Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"

Fərdi
Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Fərdi
Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycan təmsilçiləri heç-heçə ediblər

Dünya çempionatı: Azərbaycan təmsilçiləri heç-heçə ediblər

Fərdi
Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Fərdi
Məşhur tennisçi karyerasını başa vurur

Məşhur tennisçi karyerasını başa vurur

Fərdi
"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

Fərdi
"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib