Millimiz Səudiyyə Ərəbistanı ilə iki yoxlama oyunu keçirəcək
İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub olub
Futbol üzrə İspaniya millisi 19 ildən sonra ilk dəfə evdə rəsmi matçda məğlub olub.
"QELEBE.AZ" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın məğlubiyyətsiz oyunlar seriyası Millətlər Liqasının V turunda İsveçrə ilə görüşdə başa çatıb.
Rəqibinə 1:2 hesabı ilə uduzan yığma 56-cı ev qarşılaşmasında yenilib.
Pireneylilər daha əvvəl 2003-cü ildə AVRO-2004-ün seçmə mərhələsində Yunanıstana doğma meydanda 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, İspaniya millisi sonuncu turda sentyabrın 27-də Portuqaliyanın qonağı olacaq.

https://qalaba.az//uploads/photo/ispaniya-millisi-19-ilden-sonra-dogma-meydanda-meglub-olub.webp











