"Sumqayıt"ın yeni transferi: "Yaxşı komandamız var"

"Sumqayıt"ın yeni transferi: "Yaxşı komandamız var"

"Yaxşı komandamız var".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Sumqayıt"ın yeni transferi Roi Kahat klubun rəsmi saytına açıqlamasında deyib.

İsrailli yarımmüdafiəçi bildirib ki, futbolçular bir-birilərinin oyun tərzini tanımağa başlayırlar: "Mövsümün startında ən yaxşı formada olmaq üçün məşqlərdə çox çalışırıq".

O, "gənclik şəhəri" təmsilçisinə keçidinə də toxunub: "Bu klubdan mənə təklif gələndə liqa və ölkə haqqında məlumat axtarmağa başladım. Bir vaxtlar "Sumqayıt"da oynayan dostumdan klub haqqında soruşdum. Həm ondan, həm də hazırda və əvvəllər burada oynamış digər israilli futbolçulardan çox yaxşı şeylər eşitdim".

Kahatın sözlərinə görə, komandanın səviyyəsi çox yaxşıdır: "Əksər oyunçular ingiliscə danışa bilir, ona görə də ünsiyyət və uyğunlaşmada problem yoxdur. Klubdakı hər kəs çox mehriban və qonaqpərvərdir. Ümid edirəm ki, evdə və səfərdə - hər oyunda azarkeşlərimizin bizi dəstəklədiklərini görəcəyəm. Biz də daim onları sevindirməyə çalışacağıq".

Qeyd edək ki, Roi Kahat "Sumqayıt"la 2 illik müqavilə imzalayıb.

Futbol
DÇ-2022: Argentinanın Fransaya, cənubi amerikalıların avropalılara qarşı üstünlüyü - TƏHLİL

DÇ-2022: Argentinanın Fransaya, cənubi amerikalıların avropalılara qarşı üstünlüyü - TƏHLİL

Futbol
Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Futbol
Azərbaycan milli komandası Moldovanı məğlub edib

Azərbaycan milli komandası Moldovanı məğlub edib

Futbol
Premyer Liqa: "Qəbələ" "Kəpəz"i, "Sumqayıt" "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Qəbələ" "Kəpəz"i, "Sumqayıt" "Zirə"ni qəbul edəcək

Futbol
Bu gün Azərbaycan derbisi keçiriləcək

Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol
Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Futbol
Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Futbol
Macarıstanlı oyunçu plastik tapançaya görə ömürlük futboldan uzaqlaşdırılıb

Macarıstanlı oyunçu plastik tapançaya görə ömürlük futboldan uzaqlaşdırılıb

Futbol
Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

Futbol
Avropa Liqası: "Qarabağ" Yunanıstanda "Olimpiakos"u darmadağın edib

Avropa Liqası: "Qarabağ" Yunanıstanda "Olimpiakos"u darmadağın edib

Futbol
“Qarabağ”ın dünya reytinqində yeri açıqlanıb

“Qarabağ”ın dünya reytinqində yeri açıqlanıb

Futbol
“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”