Braziliyalı hücumçu “Neftçi”dən kənarlaşdırılıb

Braziliyalı hücumçu “Neftçi”dən kənarlaşdırılıb

Braziliyalı futbolçu Mateus Saldanya “Neftçi”dən kənarlaşdırılıb.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə Bakı klubu yaydığı bəyanatda bildirib.

Qeyd olunub ki, bu addım futbolçunun intizamsız davranışına görə atılıb:

“Neftçi” PFK-nın 2024-cü ilin yanvarınadək icarə müqaviləsi olan futbolçusu Mateus Saldanya son günlərdə klub rəhbərliyinə Serbiyanın “Partizan” klubundan maliyyə cəhətdən çox yaxşı təklifin olduğunu bildirib.

Son müsahibələrində “Neftçi” ilə müqaviləsinin olduğunu və sonadək komandada qalacağını bildirən futbolçu bu təklifdən sonra klub rəhbərliyindən getməsi üçün icazə istəyib. Lakin klub rəhbərliyi indiki vəziyyətdə, yəni mövsümün əvvəlində, UEFA Avropa Konfrans Liqasının oyunlarına bir neçə gün qalmış onu komandadan buraxmaq istəmədiyini dəfələrlə onun nəzərinə çatdırıb. Bütün bu xəbərdarlıqlara baxmayaraq, Mateus Saldanya son günlərdə müxtəlif səbəblərlə komanda ilə birlikdə məşqlərdə iştirak etməkdən yayınmış, 24.07.2023-cü il tarixində keçirilən məşqdə isə icazə almadan iştirak etməmişdi.

Rəhbərlik futbolçunun bu cür hərəkətləri ilə əlaqədar həm onu, həm də menecerini rəsmi qaydada məlumatlandırmışdı. Bildirilmişdi ki, “Neftçi” PFK kimliyindən asılı olmayaraq maddiyəti hər şeydən üstün tutan, onun rənglərinə bağlı olmayan, forma üçün mübarizə aparmağa hazır olmayan heç bir kəsi heyətində məcburi saxlamaz. Buna görə də braziliyalı futbolçunun komandadan xaric olunması haqqında qərar verilib. Ürəyi “Neftçi” ilə olmayanın özü də “Neftçi”də olmamalıdır. Qayğısı yalnız maddiyyat olan futbolçuya “Neftçi” kimi klubda yer yoxdur.

Qeyd etməliyik ki, proses dövründə “Partizan” klubu yazılmış və yazılmamış qaydalar çərçivəsində davranmışdı. Dostluq münasibətlərimiz olan Belqrad təmsilçisinə heç bir iradımız yoxdur.

Azarkeşlərimizi əmin etmək istəyirik ki, UEFA Avropa Konfranslar Liqasında keçiriləcək ilk oyunumuza bir neçə gün qalmış Mateus Saldanya adlı futbolçunun komandamızı çətin vəziyyətdə qoymasına baxmayaraq, klubun rəhbərliyi və məşqçilər korpusu vəziyyətdən ən məqbul çıxış yolunu tapacaqlar. Hazırda hücum xəttimizi gücləndirmək üçün ciddi transfer işləri aparılır”.

Futbol
İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

Futbol
AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

Futbol
"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

Futbol
DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

Futbol
"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

Futbol
Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Futbol
Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Futbol
La Liqa: "Barselona" "Valensiya"nı məğlub edib

La Liqa: "Barselona" "Valensiya"nı məğlub edib

Futbol
"Barselona"nın müdafiəçisi dünya çempionatını buraxa bilər

"Barselona"nın müdafiəçisi dünya çempionatını buraxa bilər

Futbol
Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Futbol
"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

Futbol
Milli komandalarda ən çox oyun keçirən baş məşqçilər bəlli olub

Milli komandalarda ən çox oyun keçirən baş məşqçilər bəlli olub