Çempionlar Liqası: "Qarabağ" "Rakuv"la oyunda 2 dəqiqəyə hesabı bərabərləşdirib

Çempionlar Liqası: "Qarabağ" "Rakuv"la oyunda 2 dəqiqəyə hesabı bərabərləşdirib

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

"QELEBE.AZ"un məlumatına görə, Redon Cica 75-ci dəqiqədə özünün və Ağdam klubunun 2-ci qoluna imza atıb.

23:49

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda 3-cü qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, Ağdam klubundan Redon Cica 73-cü dəqiqədə buraxılan toplardan birinin əvəzini çıxıb - 1:2.

23:46

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab dəyişib.

"QELEBE.AZ"un məlumatına görə, 71-ci dəqiqədə meydan sahibləri ikinci topu Ağdam klubunun qapısından keçirib. Qolun müəllifi Fabian Pyasetski olub.

23:30

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, 55-ci dəqiqədə Ağdam klubunun müdafiəçisi Elvin Cəfərquliyev avtoqol müəllifi olub.

23:18

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, birinci yarıdan sonra qarşılaşmada hesab açılmayıb.

23:03

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, "Miejski" stadionunda oynanılan görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

22:15

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, "Miejski" stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:15-də start götürüb.

Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edir.

Qeyd edək ki, komandaların cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

21:06

Polşada UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Rakuv" və "Qarabağ"ın start heyəti açıqlanıb.

"QELEBE.AZ" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Rakuv": 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 8. Ben Lederman, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 30. Vladislav Koçergin, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 5. Qustav Berqqren, 6. Şimon Çij, 11. Con Yeboa, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 93. Sonni Kittel, 99. Fabian Pyasetski
Baş məşqçi: David Şvarqa

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Miejski" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Futbol
İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

Futbol
Qurban Qurbanov: "İki və ya üç oyunçu transfer etmək istəyirik"

Qurban Qurbanov: "İki və ya üç oyunçu transfer etmək istəyirik"

Futbol
"Qəbələ" Çexiya klubuna uduzub, "Kəpəz" heç-heçə edib

"Qəbələ" Çexiya klubuna uduzub, "Kəpəz" heç-heçə edib

Futbol
Avropa çempionu 29 yaşında millidəki karyerasını bitirib

Avropa çempionu 29 yaşında millidəki karyerasını bitirib

Futbol
Tanınmış futbolçunun atasının meyiti tapılıb

Tanınmış futbolçunun atasının meyiti tapılıb

Futbol
Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

Futbol
Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Futbol
"Barselona"nın kapitanı klubdan ayrılmaqla bağlı fikrindən daşınıb

"Barselona"nın kapitanı klubdan ayrılmaqla bağlı fikrindən daşınıb

Futbol
“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

Futbol
Arsen Venger Azərbaycan millisinin qrupunu dəyərləndirib

Arsen Venger Azərbaycan millisinin qrupunu dəyərləndirib

Futbol
Avropa Parlamentinin deputatı: "Qarabağ" böyük potensiala malik klubdur"

Avropa Parlamentinin deputatı: "Qarabağ" böyük potensiala malik klubdur"

Futbol
Mesut Özil Azərbaycana dəstək olub

Mesut Özil Azərbaycana dəstək olub