"Qalatasaray"ın prezidenti: "Qarabağda futbol matçı və ya türk ölkələrinin iştirak edəcəyi yarış keçiriləcək"

"Qalatasaray"ın prezidenti: "Qarabağda futbol matçı və ya türk ölkələrinin iştirak edəcəyi yarış keçiriləcək"

"Qarşıdakı müddətdə Qarabağda futbol matçı və ya türk ölkələrinin iştirak edəcəyi yarış keçiriləcək".

"QELEBE.AZ"un məlumatına görə, bunu Türkiyə "Qalatasaray"ının prezidenti Dursun Özbek SOCAR-la sponsorluq müqaviləsinin imzalanma mərasimində deyib.

Funksioner bildirib ki, Avropada böyük hədəflərə doğru irəlilədikləri yolda Azərbaycanın dünya brendinə çevrilmiş, çox önəmli enerji şirkətinin kluba dəstək olması çox dəyərlidir: "Prosesi yaxından izlədikləri üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Türkiyənin ən böyük brendi "Qalatasaray" ilə SOCAR arasında bu əməkdaşlıq hər iki tərəfə böyük töhfə verəcək".

D.Özbək bu layihənin uzunmüddətli əməkdaşlığın ilk addımı olacağına inamını ifadə edib: "Hesab edirəm ki, bu mühüm əməkdaşlığın 2023-cü ildə, yəni mərhum Heydər Əliyevin anadan olmasının 100 illiyində gerçəkləşməsi çox dəyərlidir. Proses qardaş klubumuz "Qarabağ"la Bakıda keçirdiyimiz yoldaşlıq görüşü ilə başladı. Yaşadığımız böyük zəlzələ fəlakətinin yaralarını sarmaq üçün dəstəklərini göstərdilər. Sağ olsunlar, var olsunlar. Qarabağ Azərbaycan və Türkiyə üçün çox vacib məsələdir. "Qalatasaray" öz mövqeyini göstərmək üçün məhz "Qarabağ"ı qardaş klub seçib. Anlaşmamız "Qalatasaray"ımız və və türk idmanı üçün xeyirli olsun. Avropadakı uğurlarımızın da daimi olmasını arzulayıram".

Qeyd edək ki, anlaşmaya əsasən, "Qalatasaray" 2023/2024 mövsümündə UEFA-nın bayrağı altında təşkil olunan bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) sinəsində SOCAR yazısı olan formada çıxış edəcək. SOCAR, həmçinin, mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.

Futbol
Murad Musayev: "Futbolçular qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlar"

Murad Musayev: "Futbolçular qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlar"

Futbol
Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalanıb

Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalanıb

Futbol
Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Futbol
Azərbaycan Premyer Liqasında iki turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqasında iki turun oyun cədvəli bəlli olub

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

Futbol
"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır

"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır

Futbol
Mahir Emreli növbəti dəfə zədələnib

Mahir Emreli növbəti dəfə zədələnib

Futbol
“Turan Tovuz”a qalib gələn komanda bütün futbolçularını satır

“Turan Tovuz”a qalib gələn komanda bütün futbolçularını satır

Futbol
Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Futbol
“Real Madrid” Dueyn Consona onun adı olan forma hədiyyə edib

“Real Madrid” Dueyn Consona onun adı olan forma hədiyyə edib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

Futbol
"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq