Yüksək Liqada debüt edəcək "Gəncə" klubu belaruslu mütəxəssisə tapşırılıb

Yüksək Liqada debüt edəcək "Gəncə" klubu belaruslu mütəxəssisə tapşırılıb

İlk dəfə qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında debüt edəcək "Gəncə" komandasının yeni baş məşqçisi müəyyənləşib.

Qərb təmsilçisindən "QELEBE.AZ"a verilən məlumata görə, komanda belaruslu mütəxəssis Sergey Çesnovitskiyə həvalə olunub.

Müqaviləni yeni çalışdırıcı və klubun prezidenti Elvar Osmanov imzalayıblar.

Tədbirdə çıxış edən klubun Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Müşfiq Cəfərov yeni yaradılan komandanın gələcəkdə böyük uğurlara imza atacacağına ümid etdiyini bildirib: "Gəncədə regionun ən böyük idman kompleksinin tikintisi üzrə işlər yekunlaşmaq üzrədir və tezliklə açılışı olacaq. "Gəncə" voleybol komandası ev oyunlarını həmin arenada keçirəcək. Burada böyük azarkeş ruhu var. Dahi Nizami yurdunda hər kəs idmanı və idmançıları dəstəkləyir".

Çesnovitski Azərbaycanda fəaliyyətə başlamağını yüksək dəyərləndirib. Bildirib ki, bu mövsüm əsas məqsəd yaxşı komanda formalaşdıraraq finala yüksəlməkdir.

E.Osmanov isə bildirib ki, Gəncə tarixən Azərbaycanın inkişafında çox böyük rol almış şəhərlərdəndir: "Burada nəinki idmanın, bütün digər sahələrin inkişafı üçün bütün şərait yaradılıb. Qurulan komandanın bütün addımları bir ilk olacaq. Çünki regionda ilk dəfə belə bir komanda formalaşdırılacaq. Azərbaycan Voleybol Federasiyası regionlarda klubların formalaşdırılması istiqamətində seleksiya işləri aparır. Bu da ölkəmizdə idmanın bu növünün inkişafında yeni imkanlar açacaq".

Sonda Azərbaycan milli komandasının üzvləri - Leyla Paşkova və Nərmin Fərəcova ilə müqavilə imzalanıb, xatirə şəkli çəkdirilib.

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Komanda
Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Komanda
"Murov" klubu Polşaya yollanıb

"Murov" klubu Polşaya yollanıb

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Komanda
Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb