Dünya Kuboku: Azərbaycanın 7 şahmatçısı növbəti mərhələyə yüksəlib

Dünya Kuboku: Azərbaycanın 7 şahmatçısı növbəti mərhələyə yüksəlib

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda I raundun cavab görüşləri baş tutub.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov cavab görüşündə də qələbə qazanmaqla mübarizəni davam etdirmək imkanı əldə edib. İlk oyunda heç-heçə edən Vasif Durarbəyli ikinci partiyanı qalib kimi başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb.

Xanım şahmatçılardan Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Gövhər Beydullayeva cavab görüşlərini qələbəylə başa vuraraq adını ikinci raunda yazdırıb.

Eltac Səfərli oyuna gecikdiyinə görə texniki məğlubiyyətlə üzləşib. Buna görə şahmatçımız Panama təmsilçisi Roberto Sançeslə tay-brekdə mübarizə aparmalı olacaq. Onunla yanaşı Abdulla Qədimbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı və Misrətdin İskənrədov tay-brek günü həlledici görüşdə iştirak edəcək.

Cavab görüşlərində uduzan Nicat Məmmədov və Xanım Balacayeva Dünya Kubokunda iştirakını dayandırıb. İlk görüşdə uduzan və cavab görüşündə heç-heçə edən Məhəmməd Muradlı da yarışla vidalaşıb.

Qeyd edək ki, avqustun 1-i turnirdə tay-brek günüdür. İkinci raund avqustun 2-də başlayacaq. Bu mərhələdən etibarən şahmatçılarımız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə o cümlədən dünya reytinqinin lideri Maqnus Karlsen mübarizəyə qoşulacaq.

Fərdi
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Fərdi
Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Fərdi
Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Fərdi
Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Fərdi
Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Fərdi
Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Fərdi
Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Fərdi
Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Fərdi
Gəncədə velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Gəncədə velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Fərdi
Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Fərdi
Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"