"Rakuv"un baş məşqçisi: "Eyni gücə malik iki komanda qarşılaşacaq"

"Rakuv"un baş məşqçisi: "Eyni gücə malik iki komanda qarşılaşacaq"

“Eyni gücə malik iki komanda qarşılaşacaq".

“Report”un məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

33 yaşlı mütəxəssis ilk matçda qazanılan 3:2 hesablı üstünlüyü qorumaq istədiklərini söyləyib: “Hər iki komandanın özünəməxsus oyun üslubu var. Yanvarda "Qarabağ"la yoxlama görüşü keçirdiyimiz üçün onların potensialına daha yaxından bələd olduq. Sabah baş tutacaq görüşə də hazırıq. "Rakuv"un oyununu sərgiləməyə çalışacağıq. Bakıya gəlməkdə məqsəd qələbə qazanmaqdır. İlk görüşdə minimal fərqlə qalib gəldik. Sabahkı qarşılaşmada da qalibiyyət üçün çalışacağıq. Bu cür çətin oyunları artıq keçirmişik və bilirik ki, bizi nə gözləyir. Təzyiqə də hazırıq".

Baş məşqçi penaltilər seriyasına da hazır olduqlarını sözlərinə əlavə edib: “Çempionlar Liqasının bütün mərhələlərində olduğu kimi, sabahkı matçda da penaltilərə hazırıq. Bu matça kompleks şəkildə hazırlaşırıq. Penalti seriyası zamanı isə qapıçının çıxışından çox şey asılı olacaq”.

Gənc mütəxəssis “Qarabağ”ın ötən mövsüm Polşanın digər təmsilçisi “Lex” üzərində 5:1 hesablı qələbəsinin onlara mənfi təsir göstərmədiyini deyib: “Qarabağ”ın Çempionlar Liqasındakı digər oyunlarını, eləcə də, ötən mövsümdəki matçlarını təhlil etmişik. O ki qaldı “Lex”lə oyuna, bu komanda ilə “Rakuv” tam fərqli gücə və oyun üslubuna malikdirlər. “Qarabağ”ın ötən mövsüm “Lex”i burada böyük hesabla məğlub etməsinin bizə heç bir təsiri olmayacaq”.

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək matç saat 20:00-da start götürəcək.

Futbol
Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”

Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”

Futbol
Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Futbol
Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub

Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub

Futbol
Qətər komandası Dünya Çempionatını tərk edib

Qətər komandası Dünya Çempionatını tərk edib

Futbol
Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Futbol
DÇ-2022: Açılış oyunu üçün start heyətləri bəlli olub

DÇ-2022: Açılış oyunu üçün start heyətləri bəlli olub

Futbol
"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

Futbol
"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

Futbol
Qaret Beyl karyerasını bitirdiyini elan edib

Qaret Beyl karyerasını bitirdiyini elan edib

Futbol
Varan DÇ-2022-yə qədər "Mançester Yunayted"də oynamayacaq

Varan DÇ-2022-yə qədər "Mançester Yunayted"də oynamayacaq

Futbol
Nunu Qomeş: "Qarabağ"ın  prezidenti kluba çox sərmayə qoyur"

Nunu Qomeş: "Qarabağ"ın prezidenti kluba çox sərmayə qoyur"

Futbol
Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib