“Rakuv”un baş məşqçisi: “Nə vaxtsa Polşa komandası “Qarabağ”ı üstələməli idi”

“Rakuv”un baş məşqçisi: “Nə vaxtsa Polşa komandası “Qarabağ”ı üstələməli idi”

“Nə vaxtsa Polşa komandası “Qarabağ”ı üstələməli idi”.

“Report”un məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa Bakı Olimpiya Stadionunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

İlk görüşdə 3:2 hesablı qələbə qazandıqlarını xatırladan gənc mütəxəssis mərhələ adladıqları üçün sevincli olduğunu bildirib: “Komandamı gözəl uğur münasibətilə təbrik edirəm. Bu gün daha çox müdafiə olunduq. Birinci hissədə dözüləcək məqamlar yaşadıq. Futbolda da dözmək, səbrlə oynamaq çox vacibdir. Həm fiziki, həm də mental cəhətdən çox gözəl oyun göstərdik”.

Baş məşqçi matçın çox ağır keçdiyini vurğulayıb: “İlk yarıda özümüzü yaxşı tərəfdən göstərdik. Rəqib cərimə meydanına daxil olanda da orada vəziyyəti nəzarətdə saxladıq. “Lex” ötən mövsüm burada 5 qol buraxmışdı. Bizdə isə belə olmadı”.

O, futbolçularının oyunun gedişində tez-tez vaxtı aparmalarına da münasibət bildirib: “Sizi bizim paltardəyişmə otağına dəvət edirəm. Onların nə dərəcədə yorulduğunu görəcəksiniz. Bu, tapşırıq deyildi. Hava şəraiti bizim üçün mübarizəni çətinləşdirdi. Üstün olduğumuz anlar da oldu. 62-ci dəqiqədə müdafiədə nisbətən zəif çıxış etdik və nəticədə qol buraxdıq”.

Şvarqa bildirib ki, eyni qüvvəyə malik komandaların görüşündə xırda detallar həlledici olur. Baş məşqçi “Qarabağ”ı avrokuboklarda üstələyərək növbəti mərhələyə adlayan ilk Polşa klubu olmalarının sevindirici məqam olduğunu sözlərinə əlavə edib: “Mərhələni bizim adlamağımız o demək deyil ki, “Qarabağ” zəifdir. Azərbaycan təmsilçisi çox güclü komandadır”.

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırılıb

Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırılıb

Futbol
FIFA “Bursaspor”a transfer qadağası qoyub

FIFA “Bursaspor”a transfer qadağası qoyub

Futbol
PSJ Messiyə yeni müqavilə təklif edəcək

PSJ Messiyə yeni müqavilə təklif edəcək

Futbol
"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Futbol
Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

Futbol
Daha bir ölkə dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Daha bir ölkə dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Futbol
“Araz-Naxçıvan”ın baş məşqçisi: "Bütün oyunlar finala bərabər olacaq"

“Araz-Naxçıvan”ın baş məşqçisi: "Bütün oyunlar finala bərabər olacaq"

Futbol
Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Futbol
Moldova - Azərbaycan oyunu başlayıb

Moldova - Azərbaycan oyunu başlayıb