Dünya Kuboku: Azərbaycanın üç şahmatçısı tay-brekdə mübarizə aparacaq

Dünya Kuboku: Azərbaycanın üç şahmatçısı tay-brekdə mübarizə aparacaq

Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda III mərhələnin cavab görüşləri keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla bərabərə qalıb. Heç bir şahmatçının üstünlüyünün olmadığı partiya heç-heçə ilə yekunlaşıb. İlk görüşdə də bərabərlik qeydə alındığından tərəflər qalibi tay-brekdə müəyyənləşdirəcək.

Nicat Abasovun niderlandlı Aniş Giri ilə görüşündə də eyni nəticə qeydə alınıb. İlk qarşılaşmada olduğu kimi cavab oyunu da heç-heçə ilə başa çatıb. Növbəti mərhələyə vəsiqənin sahibi avqustun 7-si tay-brekdə məlum olacaq.

FIDE adından çıxış edən Yan Nepomnyaşi ikinci görüşdə də Rauf Məmmədovla sülhə razılaşıb. Hər iki şahmatçı tay-brekdə qarşılaşacaq.

20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli ABŞ şahmatçısı Rey Robsona uduzmaqla Dünya Kubokunda mübarizəni dayandırıb. Qədir Hüseynovla Lenyer Dominges arasında partiya heç-heçə ilə başa çatıb. İlk görüşdə qalib gələn ABŞ şahmatçısı ümumi nəticəyə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.

Günün ən uzun davam edən partiyası çinli dünya çempionu Yu Vençjunla Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva arasında oynanılıb. 6 saatdan artıq davam edən görüşün ortalarında Fətəliyeva üstünlük əldə etməsinə baxmayaraq, istədiyi nəticəni qazana bilməyib. Yekunda çinli şahmatçı qələbə qazanıb. Fətəliyeva isə Dünya Kubokunda çıxışını dayandırıb.

Fərdi
Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Fərdi
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Fərdi
Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Fərdi
Boks Paris olimpiadasının proqramından çıxarıla bilər

Boks Paris olimpiadasının proqramından çıxarıla bilər

Fərdi
Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Fərdi
Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Fərdi
Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Fərdi
Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Fərdi
Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək