Adrian Mutu Azərbaycan çempionatlarının 61-ci əcnəbi baş məşqçisi olub
“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan çempionatları tarixinin 61-ci əcnəbi mütəxəssisi olub.
“QELEBE.AZ”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, rumıniyalı komandasının 2023/2024 mövsümünün I turunda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduğu görüşdə debüt edib.
Mutu, eyni zamanda, 4-cü rumıniyalı baş məşqçi kimi Premyer Liqa tarixinə düşüb. Ona qədər Mirça Rednik, Dorinel Muntyanu və Laurentsiu Regekampf Azərbaycan çempionatında çalışıblar.
44 yaşlı baş məşqçi həm də “Neftçi”nin tarixində 6-cı əcnəbi mütəxəssisdir. Daha əvvəl Anatoli Demyanenko, Hans-Yurgen Gede, Vlastimil Petrjela, Roberto Bordin və Laurentsiu Regekampf “ağ-qaralar”a rəhbərlik ediblər.

https://qalaba.az//uploads/photo/adrian-mutu-azerbaycan-chempionatlarinin-61-ci-ecnebi-bash-meshqchisi-olub.webp











