“Neftçi” “Beşiktaş”la keçiriləcək oyun ərəfəsində azarkeşlərə müraciət edib

“Neftçi” “Beşiktaş”la keçiriləcək oyun ərəfəsində azarkeşlərə müraciət edib

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyənin “Beşiktaş” klubu ilə Bakıda keçiriləcək ilk oyun ərəfəsində azarkeşlərə müraciət edib.

“QELEBE.AZ” xəbər verir ki, Azərbaycan təmsilçisi bununla bağlı bəyanat yayaraq, hər iki komanda azarkeşlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması və oyun zamanı onlar arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görüləcəyini vurğulayıb.

Qeyd olunub ki, görüşə olan böyük marağı nəzərə alaraq, “Neftçi Arena”da baş tutacaq qarşılaşmada İstanbul klubunun azarkeşləri üçün xüsusi sektor ayrılacaq: “Beşiktaş” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır. “Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədilə İstanbul klubunun forması və ya digər atributunu daşıyan azarkeşlərin, o cümlədən, “Neftçi”yə aid olmayan, digər komandalara məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin şəxslər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaqlar. “Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq”.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək “Neftçi” – “Beşiktaş” matçının biletləri bu gün “iticket.az” saytında satışa çıxarılacaq.

Futbol
"Bavariya"nın aparıcı futbolçusu zədələnib

"Bavariya"nın aparıcı futbolçusu zədələnib

Futbol
Mersisayd təmsilçiləri Qana millisinin futbolçusunu transfer etmək istəyir

Mersisayd təmsilçiləri Qana millisinin futbolçusunu transfer etmək istəyir

Futbol
Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Futbol
Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb

Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb

Futbol
UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

Futbol
"Beşiktaş" yeni baş məşqçisini açıqlayıb

"Beşiktaş" yeni baş məşqçisini açıqlayıb

Futbol
Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Futbol
Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Futbol
Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Futbol
"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

Futbol
Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Futbol
Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub