Çingiz Əlləzov: "Mənim üçün vacib olan kəmər yox, Qriqoryan üzərində qələbə idi"

Çingiz Əlləzov: "Mənim üçün vacib olan kəmər yox, Qriqoryan üzərində qələbə idi"

"Döyüş çətin keçdi. Bu qələbə karyeramın ən gözəl anlarından biri oldu. Mənim üçün vacib olan kəmər yox, Qriqoryan üzərində qələbə idi".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya "Qran-pri"sinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov “ONE Fight Night 13” turnirində ermənistanlı Marat Qriqoryana qalib gəldiyi döyüş barədə yarışın rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı idmançı bildirib ki, görüşdən bir neçə gün öncə rinqə çıxmaqdan imtina edə bilərmiş: "Ötən həftə ailəmdə problemlər olduğu üçün psixoloji baxımdan gərgin idim. Düşündüm ki, bəlkə döyüşməyim?. Amma sonra öz-özümə dedim ki, yox, Çingiz, sən bu döyüşə hazırsan. Allah bu döyüşü sənə nəsib edib. Mütləq qalib gələcəksən".

O, Qriqoryanı nokautla məğlub etməyi planlaşdırmadığını söyləyib: "Dünyanın ən yaxşı məşqçisi ilə işləyirəm. Döyüş üçün fərqli planımız var idi. Görüşün beş raund davam edəcəyini gözləyirdik".

Əlləzov karyerasını başa vura biləcəyini istisna etməyib: "Məndən başqa, çəki dərəcəmdə üç ən yaxşı döyüşçü var və hər birinə qalib gəlmişəm. Başqa kimsə varmı? Mən bilmirəm. Arzum Cordio Petrosyanla döyüşməkdir. Bunu çox istəyirəm. Bəlkə o da hazırdır. Baş tutsa, Allah bu döyüşdə qalib gəlməkdə mənə kömək edəcək. Öz çəki dərəcəmdə bir nömrəyəm. Amma düşünürəm ki, bəlkə də Qriqoryanla döyüş mənim üçün sonuncu idi. Menecerim, məşqçim və atamla danışacağam. Ola bilsin ki, mənə "Karyeranı bitir" desinlər".

Fərdi
Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı təqdim olunub

Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı təqdim olunub

Fərdi
Dünya yaş qrupları yarışında 5 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Dünya yaş qrupları yarışında 5 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Fərdi
"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Fərdi
Useyn Bolt milyonlarla dollar itirib

Useyn Bolt milyonlarla dollar itirib

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
Azərbaycanın legioner taekvondoçularının taleyinə tezliklə aydınlıq gələcək

Azərbaycanın legioner taekvondoçularının taleyinə tezliklə aydınlıq gələcək

Fərdi
Jurnalistlər arasında kartinq yarışı keçirilib

Jurnalistlər arasında kartinq yarışı keçirilib

Fərdi
Yaponiyanın Azərbaycandakı səfirliyi və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfirliyi və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”