Azərbaycan cüdoçusu: "Sevindirici haldır ki, Universiadadan medalsız qayıtmadıq"

Azərbaycan cüdoçusu: "Sevindirici haldır ki, Universiadadan medalsız qayıtmadıq"

"Sevindirici haldır ki, Vətənə medalsız qayıtmadıq".

"Report"un məlumatına görə, bunu Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasında cüdo üzrə Azərbaycan yığmasının heyətində komanda yarışlarında bürünc medal qazanmış Elcan Hacıyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

90 kq-da mübarizə aparan idmançı görüşlərin gərgin keçdiyini bildirib: "İlk rəqibimiz ABŞ idmançıları idi. Onlara 3:1 hesabı ilə qalib gəldik. 81 kq-da çıxış edən Məhərrəm İmamverdiyev cərimə xalı aldığı üçün yarışdan kənarlaşdırıldı. Nəticədə 4 nəfərlə güləşməli olduq. İkinci görüşdə Fransa təmsilçiləri ilə üz-üzə gəldik. Bizim üçün prinsipial duellərdən biri idi. Bu kollektivi də eyni hesabla üstələdik. Yarımfinalda Özbəkistana minimal hesabla uduzduq. Üçüncü yer uğrunda qarşılamada isə Monqolustan idmançıları üzərində qələbə qazanaraq 3-cü yeri tutduq".

Hacıyevin sözlərinə görə, komanda yarışlarında fəxri kürsüdə Asiya ölkələri olub: "Avropadan yalnız Azərbaycan var idi. Bu da bizim üçün qürur hissidir. Səhvlərimizin üzərində işləyib gələcəkdə "bürünc"ü "qızıl"a çevirəcək və bayrağımızı dalğalandıracağıq".

Futbol
Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Futbol
PFL-in icraçı direktoru İsrail millisinin oyununa təyinat alıb

PFL-in icraçı direktoru İsrail millisinin oyununa təyinat alıb

Futbol
“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb

“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ" çox yaxşı komandadır"

"Nant"ın futbolçusu: "Qarabağ" çox yaxşı komandadır"

Futbol
"Qarabağ" bu gün UEFA Avropa Liqasında pley-offa yüksələ bilər

"Qarabağ" bu gün UEFA Avropa Liqasında pley-offa yüksələ bilər

Futbol
“Qəbələ” İdman Klubu Nəriman Abbasovla müqavilənin müddətini uzadıb

“Qəbələ” İdman Klubu Nəriman Abbasovla müqavilənin müddətini uzadıb

Futbol
Bu gün Azərbaycan derbisi keçiriləcək

Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

Futbol
Varan Danimarka ilə oyuna hazırdır

Varan Danimarka ilə oyuna hazırdır

Futbol
"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib

"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib

Futbol
Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq

Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq

Futbol
Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"