Azərbaycan Premyer Liqası: “Qarabağ” ilk qələbəsini qazanıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” ilk qələbəsini qazanıb

Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.

“QELEBE.AZ”un məlumatına görə, günün yeganə matçı “Azersun Arena”da keçirilib.

Son çempion “Qarabağ” “Turan Tovuz”u sınağa çəkib. Açılış turunda ağdamlılar gözlənilmədən “Zirə”yə məğlub olmuşdularsa, Tovuz təmsilçisi “Araz-Naxçıvan”ı üstələmişdi.

Qurban Qurbanovun kollektivi bu dəfə sensasiyaya imkan verməyib. Matçda hesabı 30-cu dəqiqədə Juninyo açıb. 66-cı dəqiqədə Abdullah Zubir fərqi iki topa çatdırıb. Cəmi üç dəqiqə sonra bu dəfə Adama Diakabi adını tabloya yazdırıb.

Bu, həm də qarşılaşmada son qol olub və “Qarabağ” rəqibini 3:0 hesabı ilə məğlub edib. Bununla son çempion cari mövsümdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Qəbələ”ni (2:0), “Zirə” “Kəpəz”i (1:0) məğlub edib. Avqustun 14-də “Neftçi” “Səbail”lə üz-üzə gələcək. “Sumqayıt” – “Sabah” qarşılaşması ilə təxirə salınıb.

Futbol
“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

Futbol
Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Futbol
Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

Futbol
"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

Futbol
İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib

İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib

Futbol
“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

Futbol
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Futbol
"Mançester Yunayted" "Everton"a qalib gəlib

"Mançester Yunayted" "Everton"a qalib gəlib

Futbol
Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Futbol
Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib

Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək