Bakıdakı Böyük Dəbilqə Heydər Əliyevin 100 illik yubileyinə həsr ediləcək

Bakıdakı Böyük Dəbilqə Heydər Əliyevin 100 illik yubileyinə həsr ediləcək

Sentyabrın 22-24-də Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turniri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr ediləcək.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, rəsmi olaraq “Heydar Aliyev Baku Grand Slam 2023” adlandırılacaq yarış Milli Gimnastika Arenasında baş tutacaq.

Turnirdə 60-dan çox ölkədən 350-dən artıq idmançının iştirakı gözlənilir. Böyük Dəbilqənin dünyanın 100-dən çox ölkəsinə canlı yayımlanması planlaşdırılır.

Beynəlxalq Cüdo Federasiyasının istisna hallarda icazə verdiyi bu hal Ümummilli Lider Heydər Əliyevin ölkədə idmanın və cüdonun inkişafına verdiyi əvəzedilməz töhfənin beynəlxalq idman ictimaiyyəti tərəfindən də tanındığını göstərir.

“Biz çox şadıq ki, ölkəmiz yenidən Bakı Böyük Dəbilqə turnirinə ev sahibliyi edəcək. Bu yarışın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilməsi bizim üçün böyük şərəfdir və tədbirin ən yüksək səviyyədə təşkili üçün Azərbaycan Cüdo Federasiyası olaraq əlimizdən gələni edəcəyik. Bu turnir idmançılara öz bacarıqlarını nümayiş etdirmək, yüksək səviyyədə yarışmaq üçün gözəl imkan yaratmaqla yanaşı, həm də onlara öz azarkeşləri qarşısında bunu etməyə imkan verir və bu da əvəzolunmaz təcrübədir. Dünyanın hər yerindən cüdoçuların ölkəmizə gəlməsini səbirsizliklə gözləyirik”, - deyə Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib.

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Fərdi
Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Fərdi
Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Fərdi
Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb

Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Fərdi
Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Fərdi
Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Fərdi
Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Fərdi
Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Fərdi
Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO