Ceyhun Sultanov: "Futbolun inkişafı üçün Səudiyyə Ərəbistanı kimi etməliyik"

Ceyhun Sultanov: "Futbolun inkişafı üçün Səudiyyə Ərəbistanı kimi etməliyik"

"Bu gün futbolu inkişaf etdirmək üçün gücümüz çatan qədər onlar kimi etməliyik. Adlı-sanlı oyunçuları gətirməliyik".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov Avropada bir sıra tanınmış futbolçuların Səudiyyə Ərəbistanına üz tutması barədə danışarkən deyib.

Hazırda menecer kimi fəaliyyət göstərən 44 yaşlı sabiq yarımmüdafiəçi bu amilin futbolun yüksəlişinə, azarkeşlərin stadionlara gəlməsinə təsir edəcəyini bildirib: "Ərəb ölkəsinin etdiyi tamamilə düzgündür. Onları dəstəkləyirəm. İnkişaf üçün ən önəmli addımlardan birini atırlar".

Sultanov Səudiyyə Ərəbistanı klublarının yüksək maaş verməsi məsələsinə də toxunub: "Çox qısa və konkret danışmaq istəyirəm. Hazırda Avropadan həmin ölkəyə axın pula görədir. Əksər hallarda yaşı çox olan oyunçular oraya gedirlər. Biz də bu vəziyyətə düşsək, pulumuz olsa, eyni şeyi edə bilərik. FİFA nəyə görə yüksək məvaciblərə qadağa qoymalıdır? Bununla razı deyiləm. Hansısa ölkənin pulu varsa, öz futbolunu qaldırmaq istəyir və bu da düzgün addımdır. Məncə, FİFA buna heç bir şey edə bilməz, ixtiyarı da çatmayacaq. Çünki pul mənimdir, öz futbolumu qaldırmaq istəyirəmsə, bunu etməliyəm".

Futbol
Ronaldo klubunu satır

Ronaldo klubunu satır

Futbol
Miloş Velebit Azərbaycan millisindən kənarlaşdırılıb

Miloş Velebit Azərbaycan millisindən kənarlaşdırılıb

Futbol
"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

Futbol
Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Futbol
Moldova - Azərbaycan oyununda ikinci hissə başlayıb

Moldova - Azərbaycan oyununda ikinci hissə başlayıb

Futbol
Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Futbol
"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

Futbol
DÇ-2022: H qrupunda Portuqaliya Qananı məğlub edib

DÇ-2022: H qrupunda Portuqaliya Qananı məğlub edib

Futbol
"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib

"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib

Futbol
DÇ-2022 Messinin sonuncu mundialı olacaq

DÇ-2022 Messinin sonuncu mundialı olacaq

Futbol
FIFA Türkiyə klubuna transfer qadağası qoyub

FIFA Türkiyə klubuna transfer qadağası qoyub

Futbol
Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib

Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib