Mahir Məmmədov: "De Byazinin millidən getməsinin əleyhinəyəm"

Mahir Məmmədov: "De Byazinin millidən getməsinin əleyhinəyəm"

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun "Report"a müsahibəsi

- Öncə Şuşada keçirilən ilk beynəlxalq şahmat turniri ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Fərz edin ki, ürəyimizdə olan ən böyük arzumuz həyata keçdi. Federasiyamız üçün ən məsuliyyətli və xoşbəxt anlardan biri idi.

- Açılış mərasimində "Shusha Chess 2022"nin hər il ənənəvi şəkildə keçirilməli olduğu vurğulandı. Bu istiqamətdə hansı işlər görüləcək?

- Bu turniri ənənəvi etməmək hüququmuz yoxdur. Bu arzunu hamıdan əvvəl Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev açılış mərasimində səsləndirdi. Daha sonra gənclər və idman naziri, həmçinin, biz də reaksiya verdik ki, bunun üçün əlimizdən gələni edəcəyik.

- Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov bütün rəqiblərini qabaqlayaraq, qalib oldu. Qadınlar isə zəif təsir bağışladı. Ümumiyyətlə, yerli şahmatçıların çıxışını necə dəyərləndirirsiniz?

- Qızlar bir az təəccübləndirdilər. Çünki onlar yüksək səviyyəli şahmatçılardır. Bunu son vaxtlar həm Ümumdünya Şahmat Olimpiadasında və fərdi Avropa çempionatında gördük. Onlar qitə turnirində 2-ci və 3-cü yerləri tutdular. Özü də həmin yarışlarda gürcü şahmatçılara silsilə şəkildə qalib gəldik. Bu mənada nəticələr gözlənilməz oldu. Bəlkə də bu, Şuşada olan qeyri-adi məsuliyyətdən irəli gəlirdi. Hamısı gəncdir. İnanıram ki, digər amillər nə vaxtsa cilovlana biləcək. Kişi şahmatçıların, xüsusilə Şəhriyarın oyunundan çox razı qaldıq. Sağ olsun ki, ümidlərimizi doğrultdu.

- Siz həm də AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. Bildiyiniz kimi, Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsini 10 xalla 2-ci pillədə başa vurdu. Milli komandanın çıxışı barədə nə deyə bilərsiniz?

- İş elə gətirdi ki, millinin keçirdiyi son 3 oyuna diqqətlə baxdım. Hərdən məşğulluq səbəbindən səfər oyunlarını diqqətlə izləyə bilmirsən. Bu matçlara əsasən onu deyə bilərəm ki, yığmada fikir və ideyaya layiq ustalıq gördüm. Son 2-3 illə müqayisə etsək, komandamız daha sadə, sanballı və xoşagələn səviyyədə oyun nümayiş etdirir. Mən De Byazinin getməsinin əleyhinəyəm. Belə bir sual olsa, mən öz mövqeyimi bildirəcəyəm.

- Belə düşünməyiniz sırf son 3 oyundakı nəticələrlə bağlıdır?

- Qurban Qurbanovdan başqa heç bir yerli mütəxəssis cürət edib, yığmanın sükanı arxasına gətirə bilmirik. Bu, gerçəklikdir. Qurbanı isə "Qarabağ"dan ayırmaq, qoparmaq cinayətdir. Çünki "Qarabağ" onunla vəhdət təşkil edib və biz bunun bəhrəsini görürük. Digər tərəfdən, yeni əcnəbi baş məşqçi yeni tanışlıq deməkdir. De Byazi isə futbolçuları beş barmağı kimi tanıyır. Son matçlarda doğru heyət seçimi, futbolçuların təkcə öz bayrağı və Vətəni üçün deyil, həm də baş məşqçiiləri üçün oynadıqlarını gördük. Mexanizm bir az işləməyə başlayıb. Nəyə görə bunu dəyişək, pozaq? Oyunlar vaxtı əvəzetmələrdən də gördüm ki, De Byazi oyunu yaxşı idarə edir və futbolçuları başa düşməyə başlayıb. Oyunçular da buna öz ustalıqları və matçlara can yandırmaları ilə münasibət bildirirlər.

- İtaliyalı mütəxəssislə müqavilə müddəti uzadılanda qarşısına şərt qoyuldu ki, yığma Millətlər Liqasında qrup qalibi olmalıdır. Amma qarşıya qoyulan vəzifə yerinə yetirilmədi...

- Milli komanda şərti olaraq, pley-offa çıxmaq şanslarını saxlayır. C Liqasında qrup qalibləri olan Türkiyə, Yunanıstan, Qazaxıstan və Gürcüstan yığmalarından ən azı 2-si AVRO-2024-ə seçmə mərhələdən vəsiqə qazansa, bizim üçün şans yarana bilər. Futbolda hər şey mümkündür. Bu, bizə müəyyən qədər ümid yeri saxlayıb. Buna görə sağ olsun.

- Milli komandanın qrupda birinci yeri tuta bilməməsində De Byazinin əvvəlki heyət seçimləri nə dərəcədə rol oynadı? Sizə də elə gəlmirmi ki, baş məşqçi bir az gec ayıldı?

- Heç kim deyə bilməz ki, mən bu gün dünənkindən ağıllı ola bilmərəm. Hər bir kəsin bu gün dünənkindən və ya sabah bugünkündən ağıllı olmaq imkanı var. Ağıl və bacarıq imkan verirsə, inkişaf gedir. Nəyə görə onu bu şansdan məhrum edirsiniz? De Byazi də, siz də, digərləri də inkişaf edə bilər.

Futbol
Braziliyalı futzalçı: "Azərbaycan millisinin formasını fəxrlə geyinirəm"

Braziliyalı futzalçı: "Azərbaycan millisinin formasını fəxrlə geyinirəm"

Futbol
UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Futbol
Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Futbol
Pele ilə vida mərasimi başa çatıb

Pele ilə vida mərasimi başa çatıb

Futbol
Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Futbol
Braziliya millisinin baş məşqçisi istefa verib

Braziliya millisinin baş məşqçisi istefa verib

Futbol
Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Futbol
Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Futbol
AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

Futbol
Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq

Futbol
"Fənərbağça" məğlubiyyətdən qaçıb, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Fənərbağça" məğlubiyyətdən qaçıb, "Trabzonspor" ilk qələbəsini qazanıb