Millinin sabiq hücumçusu: "Klublarımız penaltilər seriyasına hazırlaşmırlar və əhəmiyyət vermirlər"

Millinin sabiq hücumçusu: "Klublarımız penaltilər seriyasına hazırlaşmırlar və əhəmiyyət vermirlər"

"Klublarımız penaltilər seriyasının hazırlığına xüsusi vaxt sərf etmirlər və buna bir o qədər əhəmiyyət vermilər".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Kənan Kərimov ölkə təmsilçilərinin avrokubok matçlarının penaltilər seriyasında qələbə qazanmamasına münasibət bildirərkən deyib.

Hazırda "Karvan"ın baş məşqçisi olan 47 yaşlı sabiq hücumçu mütəxəssislərin hazırlıq prosesində əsasən fiziki və taktiki məsələlərə daha çox üstünlük verdiyini söyləyib. "Nədəsnsə, 11 metrlik cərimə zəribələrinə vaxt ayırıb, onun üzərində işləməyə ciddi yanaşmırlar. Düşünürəm ki, elə bu səbəbdən də oyunsonarı seriyalarda çətinlik çəkirik. Məşqlərdə bu barədə düşünmək lazımdır. Çünki avrokuboklarda cütün taleyi hər zaman penaltilər seriyana da gedə bilər. Biz isə ancaq oyunları fikirləşirik. Bəlkə də məşqin sonunda klublar bunu düşünürlər. Futbolçuların hərəsi 1-2 dəfə penalti yerinə yetirir və iş bununla da bitir. Sırf bunun üzərində az çalışılır".

Azərbaycan çempionatları tarixində 101 qola imza atan keçmiş forvard bu məsələlərdə psixoloji hazırlığın da önəmli olduğunu diqqətə çatdırıb.

O, "Sabah"ın Serbiyada "Partizan"a uduzduğu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu da xatırladıb: "Namik Ələskərovun dəqiq yerinə yetirə bilmədiyi ikinci zərbə sırf psixologiya ilə bağlı idi. Özünü toparlaya bilmədi, rəqib qapıçı da ona təzyiq etdi. Stadiondakı abu-hava, oyunçunun qaçırdığı ilk penalti və digər məsələlər buna təsirsiz ötüşmədi. Həm də açıq-aydın hiss olunurdu ki, "Partizan" penaltilər seriyasına xüsusi hazırlaşıb".

Kənan Kərimov futbolçu olduğu dönəmdə də bunun üzərində az işlədiklərini etiraf edib: "Sadəcə, məşqdə dəqiq yerinə yetirənlərə qarşılaşmalarda etimad göstərilirdi. İndi də hansısa komandamızın xüsusi hazırlaşdığına inanmıram. Yalnız əlavə vaxt başa çatandan sonra kimlərin penalti vuracağını müəyyənləşdirirlər".

Mütəxəssis oynadığı dönəmdə penalti seriyası ilə üzləşmədiyini də vurğulayıb: "Yerinə yetirə bilmədiyim 11 metrlik zərbələr olub. Bir oyunu xatırlayıram ki, "Turan"ın heyətində topu dirəyə vurmuşam, orada da təzyiq yox idi".

Futbol
Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Futbol
Rahim Sterlinqin Londondakı evi qarət edilib

Rahim Sterlinqin Londondakı evi qarət edilib

Futbol
Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Futbol
Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Futbol
"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

Futbol
Mahir Emrelinin səhhətində problem yaranıb

Mahir Emrelinin səhhətində problem yaranıb

Futbol
"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

Futbol
KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə razılıq əldə edib

KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə razılıq əldə edib

Futbol
"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub

"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub

Futbol
Skolari məşqçi karyerasını bitirib

Skolari məşqçi karyerasını bitirib

Futbol
2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib