"Qarabağ"ın bir əsrdən çox yaşı olan rəqibi: maddi sıxıntılarla üzləşmiş 7 qat ölkə çempionu

"Qarabağ"ın bir əsrdən çox yaşı olan rəqibi: maddi sıxıntılarla üzləşmiş 7 qat ölkə çempionu

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniya "Olimpiya"sı 1911-ci ildə yaradılıb.

"Report" xəbər verir ki, yeddiqat ölkə çempionu ev oyunlarını Lyublyana şəhərindəki 16 min azarkeş tutumuna malik "Stojitse" stadionunda keçirir.

Klubun prezidenti Adam Delius, baş məşqçisi isə portuqaliyalı Joau Enrikeşdir.

"Olimpiya" 2004-cü ildə maliyyə problemləri ilə üzləşib. Həmin mövsümü çətinliklə başa vurmağı bacarıb. Mövsümün sonunda klub maddi sıxıntılar ucbatından buraxılıb və bir müddət aşağı liqalarda mübarizə aparıb. 2008/2009 mövsümündə isə yenidən əsas çempionata vəsiqə qazanıb.

"Köhlən atlar" daha əvvəl də avrokuboklarda bu komanda ilə üz-üzə gəlib. Ağdamlılar 2018/2019 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Lyublyana təmsilçisini iki matçın nəticəsinə əsasən üstələyib - 1:0, 0:0.

Azərbaycan komandalarından "Qarabağ"dan başqa, fəaliyyətini dayandırmış "Şəfa" da "Olimpiya" ilə qarşılaşıb. 2001/2002 mövsümündə UEFA Kubokunda (hazırkı Avropa Liqası) Sloveniya klubu hər iki oyunda darmadağınla qələbə qazanmışdı - 4:0, 3:0.

"Əjdahalar" 1991/1992, 1992/1993, 1993/1994, 1994/1995, 2015/2016, 2017/2018 və 2022/2023 mövsümündə Sloveniya çempionu olub. Komanda 1993, 1996, 2000, 2003, 2018, 2019 və 2021-ci illərdə ölkə kubokuna sahib çıxıb.

Cari mövsümə qitənin bir nömrəli klub turnirində başlayan "yaşıl-ağlar" Latviya "Valmiera"sı və Bolqarıstan “Ludoqorets”ini məğlub etsə də, III təsnifat mərhələsində Türkiyə təmsilçisi "Qalatasaray"a yenilib.

Qeyd edək ki, "Qarabağ" "Olimpiya"ya qarşı ilk oyunu avqustun 24-də səfərdə, cavab matçını isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Futbol
"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

Futbol
Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Futbol
Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Futbol
Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"

Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"

Futbol
Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Futbol
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

Futbol
“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

Futbol
AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

Futbol
Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Futbol
Niderland və Seneqal 1/8 finalda

Niderland və Seneqal 1/8 finalda

Futbol
Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Futbol
Çempionlar Liqası: Bu gün 1/8 finalın püşkü atılacaq

Çempionlar Liqası: Bu gün 1/8 finalın püşkü atılacaq