Moskva-1980-in iştirakçısı Bakıya Paris-2024-ə lisenziya qazanmaq həvəsi ilə gəlib

Moskva-1980-in iştirakçısı Bakıya Paris-2024-ə lisenziya qazanmaq həvəsi ilə gəlib

Bakıda təşkil olunan atıcılıq üzrə 53-cü dünya çempionatında maraqlı şəxslərə rast gəlmək mümkündür. Onlardan biri də Peru Atıcılıq Federasiyasının prezidenti, Beynəlxalq Atıcılıq İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, eyni zamanda, stend atıcısı Fransisko Bozodur.

58 yaşlı atlet ilk dəfə 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarına qatılıb, 1984-cü ildə Los-Anceles olimpiadasında isə gümüş medala yiyələnib.

İndiyə qədər 8 olimpiadanın iştirakçısı olmuş, Bakıya Paris-2024-ün arzusu ilə gəlmiş Bozo “QELEBE.AZ”a müsahibə verib.

- Bildiyimə görə, Azərbaycana ilk gəlişinizdir.
- Həyatım boyu bir çox ölkələrdə olmuşam. Amma möhtəşəm ölkənizə ilk dəfədir gəlirəm. Hazırda əyləşdiyimiz Bakı Atıcılıq Mərkəzi mükəmməldir. Şəhəri gəzmək imkanım da oldu. Bakı çox gözəl və müasir şəhərdir. Ölkəniz varlıdır, zəngin mədəniyyətinizə də söz ola bilməz. İnsanlarınızın qonaqpərvər olduğunu xüsusilə qeyd etməliyəm. Qonaqlara hər məsələdə kömək etməyə çalışırlar. Taksi sürücüləri olsun, otelin işçiləri, könüllülər...

- Azərbaycan okeanın o tayından göründüyü kimidir? Yoxsa təsəvvür etmədiyiniz mənzərə ilə qarşılaşdınız?
- Bakı Atıcılıq Mərkəziylə bağlı yaxşı sözlər eşitmişdim. Təəssüf ki, bu vaxta kimi burada olmamışdım. Nəhayət, bu il gələ bildim. Mən komandanın rəhbəri kimi buradayam. Beynəlxalq Atıcılıq Federasiyasına müraciət edərək, yarışa idmançı kimi qatılmaq istəyimi də bildirdim. Buna icazə verdikləri üçün onlara təşəkkür edirəm. Mayda Bakıda keçirilən dünya kubokunda iştirak edə bilmədik. Uçuşla bağlı problemlərimiz oldu. Amma bundan sonra burada keçiriləcək bütün tədbirlərdə iştirak etməyə çalışacağıq.

- Atanız da məşhur atıcı olub. Atıcılıq sizə irsi keçib? Maraqlıdır, bu idman növünə neçə yaşınızdan maraq göstərmisiniz?
- 6 yaşımdan atamla birlikdə ova gedirdik, quş ovlayırdıq. Güllə atmağa marağım kiçik yaşlarımdan olub. İlk dəfə 1975-ci ildə stend atıcılığı üzrə yarışlarda iştirak etməyə başlamışam. 1980-ci ildə, 15 yaşım olanda, Moskvada keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmişəm. 40 ildən çoxdur bu sahədəyəm. 8 olimpiadanın iştirakçısı olmuşam.

- Azərbaycanda hər cür şərait olsa da, atıcılarımız beynəlxalq arenalarda ciddi nailiyyətlərə imza ata bilmirlər. Təcrübənizə əsaslanaraq nə məsləhət görərdiniz? Necə inkişaf etmək olar?
- Yəqin ki, ötən gün keçirilən finala baxdınız. Orada çıxış edən idmançılardan birinin 24-25 yaşı var idi. Bu o deməkdir ki, idmanda çox ciddi rəqabət var. Düzdür, mən yaşlı olsam da, idmandan əl çəkmirəm. Amma nəticə qazanmaq üçün bu işə uşaq yaşlarından başlamaq lazımdır və kütləvilik olmalıdır. Hindistanda 6-7 milyon insan atıcılıqla məşğul olur. Çin də bu sahədə uğurludur. Onlarda bu ənənə əvvəldən var idi. Hindistanın indiki idman naziri Afina Yay Olimpiya Oyunlarında medal qazandıqdan sonra bu ölkədə atıcılığa xüsusi diqqət ayrılmağa başlandı. Azərbaycanda da atıcılıq mərkəzi mükəmməldir. Gəncləri bu idmana cəlb etməklə inkişafa nail olmaq olar.

- Dünya çempionatında yarışanların əksəriyyəti gənclərdir. Onlar arasında dəqiq atış etmək, Olimpiya Oyunlarına lisenziya qazanmaq çətin deyil ki? Yoxsa əksinə, yaş amili sizin üçün üstünlükdür?
- Mən əvvəlki illərdə artıq öz işimi görmüşəm. Bu, mənim üçün əyləncədir. Daha yaxşı çıxış etmək üçün çalışıram. Sadəcə, bu idman növündən əl çəkə bilmirəm. Medal qazanmaq, yer tutmaq kimi xüsusi hədəfim yoxdur.

Fərdi
Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Fərdi
Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Fərdi
Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Fərdi
Portuqaliyalı məşqçi: “Azərbaycan gimnastikasında çox gözəl inkişaf gedir”

Portuqaliyalı məşqçi: “Azərbaycan gimnastikasında çox gözəl inkişaf gedir”

Fərdi
ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"

ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"

Fərdi
MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Fərdi
Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Fərdi
Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Fərdi
Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Fərdi
Suqovuşanda avarçəkmə üzrə "Mingəçevir Reqatası" start götürür

Suqovuşanda avarçəkmə üzrə "Mingəçevir Reqatası" start götürür

Fərdi
İkiqat olimpiya çempionu təyyarə qəzasından sağ çıxıb

İkiqat olimpiya çempionu təyyarə qəzasından sağ çıxıb