Avropa birinciliyi: Azərbaycanın iki boksçusu minimum bürünc medalı təmin edib

Azərbaycan millisinin iki üzvü Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində minimum bürünc medalı təmin edib.

Boks Federasiyasından “QELEBE.AZ”a verilən məlumata görə, onlar 1/4 final mərhələsinin ilk günündə rinqdən qalib ayrılıblar.

Boks Federasiyasının İdarə Heyətinin üzvü, yığmanın baş məşqçisi Rövşən Hüseynovun rəhbərlik etdiyi komandada İsmayıl Vəliyev (70 kq) italiyalı Françesko di Palmo ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 4:0 (30:27, 29:28, 29:28, 28:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Onun uğurunu Səftər Məmmədzadə (90 kq) də davam etdirib. Batu Basla (Türkiyə) qarşılaşan təmsilçimiz ikinci raundda tam üstünlüklə qalib gəlib.

Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, 1/4 finalın ikinci günündə Toğrul Quliyev (57 kq), Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinal üçün mübarizə aparacaqlar.

Fərdi
2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

"Shusha Chess 2022" turnirində VI tura start verilib

Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb

Yaponiyanın Azərbaycandakı səfirliyi və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

İsmayıl Zamanov: "Avropa çempionatında üçüncü yer pis nəticə deyil"