Atıcılıq yarışında qızıl medal qazanan Nigar Nəsirova: Bütün diqqətimi yarışa yönəltmişdim

Atıcılıq yarışında qızıl medal qazanan Nigar Nəsirova: Bütün diqqətimi yarışa yönəltmişdim

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatının 8-ci gün Azərbaycan komandası üçün uğurlu alınıb.

APA xəbər verir ki, qadınlar arasında 25 metr məsafəyə mərkəzə atəş tapançasından yarışında görə Nigar Nəsirova qızıl medal qazanıb.

35 yaşlı atıcı mükafatlandırma mərasimindən sonra media nümayəndələrinin suallarını cavablandırıb:

- Dünya çempionu oldunuz. Təəssüratlarınız necədir?

- Qızıl medal qazanacağımı gözləmirdim. Bütün diqqətimi yarışa və işimə yönəltmişdim. Fikrim ancaq bu idi. Nəticə barədə heç nə düşünmürdüm.

- Dünya çempionatının doğma ölkəmizdə keçirilməsi sizə necə təsir edir?

- Bu yarışın Bakıda keçirilməsi bizim üçün çətinlik yaradır. Çünki hamı istəyir ki, qələbə qazanaq. Elə olanda gərginlik olur. Həm özümüz birinci olmağı hədəfləyirik, həm də insanları sevindirmək istəyirik.

- Bu medalı kimə həsr edirsiniz?

- Ötən il nənəm vəfat etmişdi. Demişdim ki, bu yarışı qazansam, medalı ona həsr edəcəyəm.

- Parisdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya almaq şansınız var?

- Ötən il dünya çempionatında 10 metrdən atəş açmada lisenziya qazanmaq istəyirdim. Təəssüf ki, bu alınmadı. Gələn il Macarıstanda keçiriləcək Avropa Çempionatında məhz Parisə lisenziya qazanmaq uğrunda mübarizə aparacağam. İnşallah buna nail olaram. Həmişə 1-2 xalım çatmır. Ötən il Xorvatiyada təsnifatda 3-cü olub finala vəsiqə qazanmışdım. Düşünürdüm ki, medal cibimdədir. Həyəcanlandım, atışlarımı düzgün edə bilmədim. Həm medal getdi, həm də lisenziya əlimdən çıxdı. İnanıram ki, bu dəfə yaxşı olar.

- İdmana gəlişiniz necə olub?

- Bu idman növünə 2004-cü ildə İradə Aşumova Afina Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra gəlmişəm. 3 il sonra zədə ilə üzləşdim. Uzun müddət idmandan uzaq qaldım. 2016-cı ildə isə yenidən məşqlərə başladım. 2017-ci ildə Sloveniyada keçirilən Avropa çempionatında qarışıq komanda yarışında bürünc medal almışdım. Həmin İslam Oyunlarında fərdi yarışda eyni uğura imza atdım. Bundan sonra beynəlxalq yarışlarda iştirak etməyə davam etdim. Həm Ruslanla, həm də fərdi olaraq medallar qazanırdım. Ötən il Misirdə keçirilən dünya çempionatında 50 metr məsafədə atəş açmada bürünc medal qazandım. Bakıdakı yarışda isə qızıl medala sahib çıxa bildim.

Digər növlər
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb  - FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb - FOTO

Digər növlər
"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Digər növlər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

Digər növlər
Elşən Məmmədov Qusar Olimpiya İdman Kompleksinin direktoru təyin edilib

Elşən Məmmədov Qusar Olimpiya İdman Kompleksinin direktoru təyin edilib

Digər növlər
Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Digər növlər
Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Digər növlər
“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

Digər növlər
Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Digər növlər
Azərbaycanı beynəlxalq drift yarışında  təmsil edəcək pilot seçilib

Azərbaycanı beynəlxalq drift yarışında təmsil edəcək pilot seçilib

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO

Digər növlər
Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri